Yuxarı

Fazil Mustafa: “Hökumət gələn il qiymətləri artırmağa hazırlaşır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Büdcə kəsirlərinin yerinin doldurulması üçün vətəndaşların xərclərinin artırılması hesabına artırılacağı gözləntisi ciddi narahatlıq yaradır".

"Axar.az" xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa 2014-cü ilin büdcəsi ilə bağlı parlamentdəki müzakirələr zamanı dedi. Büdcədən ayırmalar və dövlət xərcləri barədə danışan millət vəkili kommunal xidmətlərin qiymətinin artacağı ilə bağlı şübhələrini də dilə gətirdi:

"2014-ci il büdcəsində büdcə təşkilatlarının kommunal xərclərində artım qeyd edilib. Bu artım nədir, burada hansı təşkilatlardan söhbət gedir? Yoxsa hökumət gələn il kommunal xidmətlərin qiymətlərini artırmağa hazırlaşır",- deyə, deputat sual etdi. F.Mustafa Hesablama Palatasının hesabatına istinad edərək "Azərenerji"nin borcundan danışarkən dedi: "Dövlətdən ən çox dəstək alan şirkətin büdcəyə 400 mln. manat borcunun olması suallar doğurur". Kommunal xidmət haqlarının artacağı ilə bağlı əhalinin narahatçılıqlarını da bölüşən deputat aşağı miqdarda məvacib alan büdcə işçilərinin durumundan da danışdı. Eyni zamanda təhsil və səhiyyədəki durumu da tənqid etdi:

"Azərbaycan insanı yenə də İran və Türkiyəyə müalicəyə gedir, hələ də inandırıcı səhiyyə sistemi yarada bilməmişik".

Fazil Mustafa sonda deputatlar üçün bir, ya ikiotaqlı qəbul otaqlarının tikilməsi ilə bağlı təklif verdi və büdcədə nəzərdə tutulan, ancaq geri qayıdan 250 min manatın parlament partiyaları arasında bölüşdürülməsi təklifini verdi.

Tarix
2013.11.13 / 12:20
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla