Yuxarı

Qarabağdan İrəvana gətirilən əsgər meyitləri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köçəryan-Sərkisyan hakimiyyəti dövründə Ermənistan və işğal altında saxladıqları Qarabağ əhalisinin iqtisadi və sosial vəziyyəti ağırlaşdı. Ermənistanda kütləvi narazılıq var. Parlament seçkisi yaxınlaşdıqca güllə səslərinin və həbslərin sayı artır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda baş verən son prosesləri təhlil edərkən qeyd edib. O bildirib ki, Ermənistanda hakimiyyət uğrunda siyasi mübarizə ilə yanaşı, klanlararası mübarizə də gedir:

“Ermənistanda 20 ildir hakimiyyətdə Qarabağ klanı qərar tutub. Bu klan SSRİ illərində də Ermənistanda müəyyən mövqelərə malik idi. Ancaq 1987-ci ildə Dağlıq Qarabağda separatçılıq başladıqda bu klanın mövqeləri Ermənistanda gücləndi. Dağlıq Qarabağ separatçıları Ermənistan və Rusiya ordusunun köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonları işğal etdikdən sonra İrəvanda təsir güclərini bir az da artırdılar. Ermənistanda doğulan siyasətçilər Qarabağdan gələnləri sevməsələr də, onların artan rolunu qəbul etmək məcburiyyətində qaldılar. Buna görə də Ermənistanda 2 aprel parlament seçkisində mübarizənin yenə də Ermənistan və Qarabağ klanı arasında gedəcəyini söyləmək mümkündür”.

Politoloq vurğulayıb ki, vaxtilə Qarabağ separatçılarını Ermənistanda hakimiyyətə keçmiş prezident Levon Ter-Petrosyan gətirib:

“Levon Ter-Petrosyan əvvəlcə indiki prezident Serj Sərkisyanı İrəvana gətirərək onu daxili işlər və milli təhlükəsizlik naziri təyin etdi. Daha sonra digər Qarabağ separatçısı Robert Köçəryanı İrəvana gətizdirərək onu baş nazir təyin etdi. Bununla da Levon Ter-Petrosyan Ermənistana problem yaratdı, Köçəryan-Sərkisyan cütlüyünün tələsinə düşdü. Məntiqlə Azərbaycanla sülhə çalışan Levon Ter-Petrosyan separatçılarla arasında məsafə saxlamalı idi. Levon Ter-Petrosyan 1997-ci ildə Azərbaycanın da qəbul etdiyi “mərhələli həll” planını qəbul etməyə hazır idi. Separatçılar Levon Ter-Petrosyanı devirdilər. O gündən bu yana Qarabağ separatçıları başqa siyasətçilərin iqtidara gəlməsinə imkan vermirlər”.

E.Şahinoğlunun sözlərinə görə, Ermənistanda anadan olan siyasətçilərin Qarabağ klanından narazılığı aşkardır, ancaq həmin siyasətçilər bu narazılığın məhz klanlararası mübarizə ilə əlaqəli olduğunu vurğulamırlar:

“Ermənistan əbədiyyətə qədər Qarabağ klanının şıltaqlıqlarına görə kasıblıqda, miqrasiya girdabında, müharibə qorxusu altında yaşamaq istəmir. Qarabağdan Ermənistana gətirilən meyitlər də klanlararası münasibətləri gərginləşdirir. Ermənistanda doğulanlar niyə Ağdam və Fizulidə ölməlidirlər? Bu sual Ermənistan klanı üçün getdikcə aktuallaşır. Hesabla bu amilər 2 aprel parlament seçkisində Ermənistan klanının xeyrinə işləməlidir. Ancaq Qarabağ klanı, başda Serj Sərkisyan olmaqla, əlindən gələn hər şeyi edəcək ki, iqtidar “yadların” nəzarətinə keçməsin. Buna baxmayaraq, Ermənistan klanı asanlıqla təslim də olmayacaq. Seçkidən bir gün sonra İrəvanda və Ermənistanın digər şəhərlərində kütləvi etirazların baş verəcəyi istisna edilmir, silah səsləri də eşidiləcək”.

Politoloq Kremlin Ermənistandakı klanlarası mübarizədə kimə üstünlük verdiyinə də aydınlıq gətirib:

“Rusiya Qarabağ klanını dəstəkləyir. Ermənistan klanı Rusiya ilə yanaşı Qərblə də yaxınlaşmanın tərəfdarıdır. Bu faktor isə Kremli qorxudur. Ona görə də Kreml Levon Ter-Petrosyan, Vardan Oskanyan və digər fiqurlardansa, Serj Sərkisyan–Karen Karapetyan cütlüyünə üstünlük verəcək. Kremldə hər ikisini yaxşı tanıyırlar, Rusiyanın bütün istəklərini yerinə yetirirlər, digərlərinin isə Moskvanın əmrlərini yerinə yetirəcəyinə təminat yoxdur. Öz növbəsində Qarabağ klanı da Rusiyanın dəstəyinə arxayındır”.

Tarix
2017.03.24 / 22:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla