Yuxarı

Putindən inanılmaz gediş: Qarabağ qaytarılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və münaqişənin təcili həll olunması haqda fikirlərini yenidən gündəmə gətirməsi düşmən ölkədə müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin təcili həllini təklif edir.

O hesab edir ki, münaqişənin həlli uzandıqca bundan ən çox Ermənistan zərər çəkir. Həll variantı isə “Madrid prinsipləri”dir. Hansı ki, bu prinsiplər rayonların Azərbaycana qaytarılmasını, qaçqınların qayıdışını və ən son mərhələdə Qarabağın statusu məsələsinin müzakirə edilməsini nəzərdə tutur.

Ermənistan hakimiyyəti Petrosyanı “xainlikdə” ittiham edir və onun “təslimçi sülh”ə çalışdığını iddia edir. Lakin “lragir” saytının yazdıqları bu kontekstdə diqqət çəkir.

Sayt yazır ki, əslində, bu məsələdə hakimiyyətlə Petrosyan birgə hərəkət edir.

“Levon Ter-Petrosyan cəmiyyəti münaqişənin nizama salınması variantlarına hazırlayır. Belə fikir var ki, hakimiyyət qanunauyğunluğa görə bu işi birbaşa özü həyata keçirə bilmir. Buna görə də Petrosyana cəmiyyəti ərazilərin qaytarılması və münaqişənin həllinin vacibliyi fikrinə inandırmaq tapşırığı verilib”, - deyə sayt yazır.

Qeyd edək ki, ötən il baş verən Aprel müharibəsindən sonra Serj Sərkisyan Levon Ter-Petrosyanın evinə gedərək, onunla vəziyyəti müzakirə etmişdi. Petrosyan bu görüşün ardından Dağlıq Qarabağa gələrək, separatçılarla müzakirələr aparmış və münaqişənin həlli variantları haqda onları məlumatlandırmışdı. Petrosyanın indi münaqişənin həlli ilə bağlı irəli sürdüyü ideya ötən ilki hadisələr fonunda diqqət çəkir. Münaqişənin həlli ilə bağlı onun dediyi fikirlər Rusiyanın təklif etdiyi həll variantı ilə uzlaşır. Hesab etmək olar ki, əsas tapşırıq məhz Rusiyadan gəlir. Sərkisyan prezident olaraq cəmiyyətə ərazilərin qaytarılmasının vaxtının çatdığını deyə bilmədiyi üçün məhz Petrosyanı – erməni siyasətinin ağsaqqalını bu işə cəlb edib.

Tarix
2017.03.25 / 14:48
Müəllif
Axar.az
Oxunub
26 984
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla