Yuxarı

Muradyan: “Ermənistan Azərbaycana çata bilməz”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycana çatmaq gücündə deyil.

Axar.az xəbər verir ki, bu sözlər erməni ekspert İqor Muradyanın “Lragir.am” saytında dərc olunan məqaləsində yer alıb.

“Rusiya Azərbaycanla Ermənistana silah satır və Cənubi Qafqazda balansı qoruduğunu söyləyir. Ermənistanın Rusiyanın müttəfiqi olduğu zamanda balansın belə qorunması nəyə lazımdır? Yoxsa müttəfiq deyilik? Rusiya Azərbaycana Ermənistandan daha çox silah tədarük edir. İrəvan elə-belə Azərbaycana çatmaq gücündə deyil. Rusiya Ermənistana başqa yerdən silah almağı qadağan edə bilir, Azərbaycanla isə bu, mümkün olmur. Bakı uğurla İsraildən, Türkiyədən, hətta Ermənistanın KTMT-dəki müttəfiqlərindən də silah alır. Rusiya nə müttəfiq, nə də tərəfdaşdır, Rusiya sadəcə köhnəlmiş silahların tədarükçüsüdür. Böyük ehtimalla Qərb bu silahları onlarla dəfə ucuza satardı. Yeri gəlmişkən, erməni ictimaiyyəti hələ də bilmir ki, ruslar bizə silahı neçəyə satırlar. Üstəlik, hələ də Ermənistana bir neçə növ silahın tədarükünün nə məqsədlə edildiyi də bilinmir. Bu, müdafiə, yoxsa hücum üçün lazımdır və ya bəlkə heç bizim üçün deyil. Ermənistan siyasi dalana dirənib. Dünyanın heç bir yerində müdafiə nazirinin parlament seçkisində namizəd kimi çıxış etməsi ilə bağlı nümunə yoxdur. Bu yaxşıdır. Əgər o, deputat seçilsə, müdafiə naziri vəzifəsi boşalacaq və nəhayət ki, bu postda hərbi xarakterli şəxs təyin olunacaq. Təbii ki, ruslar öz adamlarını təyin etməzsə, olunacaq. BMT-nin hələ də suveren ölkə saydığı vassal dövlətin taleyi budur”, – deyə o bildirib.

Tarix
2017.03.27 / 14:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla