Yuxarı

Matviyenkodan Bakı açıqlaması: "Bundan qürur duya bilərik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov martın 27-də MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Axar.az xəbər verir ki, Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsini iki ölkənin parlamentləri arasında əməkdaşlığa verilən yüksək qiymət kimi dəyərləndirib, dövlətimizin başçısına təşəkkürünü bildirib. O qeyd edib ki, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunur. Münasibətlərimizin yüksələn xətlə inkişafı görülən işlərin nəticəsidir və biz bundan qürur duya bilərik. Rusiya ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar əlaqələrin intensivliyindən danışan V.Matviyenko regionlararası iqtisadi forumun, ölkələrimizin prezidentlərinin himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayıb.

Oqtay Əsədov ölkələrimiz arasında yaradılmış möhkəm müqavilə-hüquq bazasının ticari-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verdiyini vurğulayıb. Milli Məclisin sədri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 200-dən çox sənəd imzalandığını bildirib. Spiker əlaqələrin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının, parlamentlərarası dostluq qrupunun və digər qurumların fəaliyyətinin səmərəli olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Azərbaycanda rus dilinə xüsusi qayğı ilə yanaşıldığını, ölkədə 340-dan çox rus dilində təhsil verən orta məktəbin fəaliyyət göstərdiyini deyib.

Daha sonra tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.

Tarix
2017.03.27 / 19:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla