Yuxarı

Türkiyədən Orxanın döyülməsi ilə bağlı - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doğrudur, Orxan il yarım bundan əvvəl müəllimi Fevzi ilə mübahisə etmişdi. Bununla bağlı o, mənim də qəbulumda olub. Onunla da, müəllimlə də danışmışam. Məsələ aydınlaşdırılıb və onlar barışıb.

Bu sözləri Türkiyənin Sakarya Universitetinin xarici tələbələrlə iş üzrə prorektoru Musa Əkən azərbaycanlı tələbə Orxan İbrahimovun Universitetin mühafizə xidməti tərəfindən döyülməsi haqda Axar.az-a danışarkən deyib. O, müəllimlə Orxan İbrahimov arasında olan mübahisənin heç də Azərbaycanın təhqir edilməsi üstündə olmadığını vurğulayıb:

“Aralarındakı mübahisə, Orxanın qeyd etdiyi kimi, Azərbaycan haqda müəllimin kəskin fikirləri ilə bağlı deyil, dərsə görə olmuşdu. Mühafizəçilərlə olan iddiasına gəlincə, bildiyiniz kimi, hazırda Türkiyədə teror hadisələri çox artdığı üçün biz giriş qapısında tələbələrdən tələbə biletləri ilə yanaşı, şəxsiyyət vəsiqələrini də göstərməyi tələb edirik. Orxan isə şəxsiyyət vəsiqəsini göstərməkdən imtina edib və mühafizəçilərlə arasında kiçik bir mübahisə yaranıb. Biz mühafizəçilərlə, hətta digər azərbaycanlı tələbələrlə də danışdıq, onların hamısı kiçik bir söz davası olduğunu dedilər. Yəni Orxanın dediyi kimi, döyülmək və ya qandallama söhbəti yoxdur. Mən şəxsən özüm 15 gündür ki, Orxanla əlaqə saxlamağa çalışıram. Amma o nə telefona cavab verir, nə də universitetə gəlir. Mən istəmirəm ki, bu, bizim Azərbaycana qarşı etdiyimiz qərəzli bir şey kimi ifadə edilsin. Qətiyyən! Biz burada azərbaycanlıları və türkləri ayırmırıq. Sadəcə, kim qanunlara uyğun hərəkət etməsə, onu cəzalandırırıq. Bu, istəyir azərbaycanlı olsun, istəyir türk”.

Orxanın İbrahimovla redaksiya olaraq, biz də əlaqə yarada bilmədik. Universitetdən verilən mobil nömrəsi cavablandırılmadı.

Qeyd edək ki, Sakarya Universitetinin Siyasi məlumatlar fakültəsinin 3-cü kurs tələbəsi olan Orxan İbrahimov müəllimi F.Ş-nın onu təhqir etdiyini və Universitetin mühafizə xidməti tərəfindən döyüldüyünü iddia etmişdi. O.İbrahimovun Unikal.org-a bildirdiyinə görə, mübahisə onu və ölkəmizi təhqir etdiyi üçün yaranıb. “Mənim etirazımdan narahat olan müəllim təhlükəsizlik işçiləri çağırdı. Bundan sonra təhlükəsizlik əməkdaşları tərəfindən döyüldüm. Məni hər cür təhqir etdilər", - O.İbrahimov deyib.

Tarix
2017.03.28 / 14:59
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla