Yuxarı

Bütün Rusiya o vaxt ayağa qalxacaq ki... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadakı etirazlar hələ kütləvi xarakter almasa da, bəzi yerlərdə müxalifət prosesə müdaxilə edərək hərəkatı öz arxasınca aparmağa çalışır.

Bu sözləri bir neçə gün öncə Rusiyada hökumət əleyhinə başlayan genişmiqyaslı mitinqlərlə bağlı Axar.az-a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hesab edir ki, hökumətin öncədən təşkil etdiyi və Medvedyevin devrilməsinə hesablanmış çıxışlar Putinin adamları tərəfindən sona qədər idarə edilə bilmədi və müxalif dairələr bu məsələdə daha çox təşəbbüskarlıq nümayiş etdirdilər:

“Əvvəl Medvedyevin və hökumətin korrupsiya planları tənqid edilirdisə, indi ölkədə vəziyyətin ağırlaşması ilə bağlı şüarlar səsləndirilir. Bu göstərir ki, mitinqçilər təkcə Medvedyevi yox, bütün rejimi günahkar görür. Zənnimcə, hökumətin cəmiyyətdə yaranmış buxarı bir növ aradan qaldırmağa yönəldilmiş idarəedilən mitinqlər prosesi baş tutmadı və bütövlükdə rejim əleyhinə etirazlara çevrildi. Müxalifət lideri Navalnının hərəkat planı az qala bütün Moskvanı əhatə edəcəkdi. Son dövrlər Rusiyada müxalifətin içərisində kifayət qədər cavan liderlər peyda olmaqdadır. Belə görünür ki, Qərb və ABŞ-dan da ciddi dəstək olarsa, müxalifət Putin rejimi üçün ciddi problemlər yarada bilər”.

Medvedyevlə bağlı söz-söhbətlərə gəlincə, politoloqun fikrincə, Putin gec-tez baş naziri qurban verəcək:

“Putin Medvedyevi nəinki hakimiyyətdən uzaqlaşdıracaq, hətta Rusiyada yaranmış iqtisadi gərginlik və çətinlikləri də onun boynuna qoymaqla bir müddət zaman qazanmağa çalışacaq. Çünki artıq Rusiya cəmiyyətində oyanma var. İlin hansısa vaxtında avanqard siyasi qüvvə, yəni müxalifətin təmərküzləşmiş bir bloku meydana çaxacağı təqdirdə bu oyanma prosesi Rusiyada daha kütləvi çıxışlarla müşayiət olunacaq”.

Qeyd edək ki, martın 26-da Rusiyada hökumət əleyhinə genişmiqyaslı mitinqlər keçirilib. Etirazçılar Baş nazir Dmitri Medvedyevi istefaya getməyə, hökuməti korrupsiyaya son qoymağa çağırıblar. Martın 27-də etiraz aksiyaları Moskva və Sankt-Peterburqda davam etdirilib. Paytaxtda müxalifətin təşkil etdiyi aksiyada 3 minədək insan iştirak edib.

Aksiyalar zamanı 1000-dən çox şəxs həbs edilib.

Tarix
2017.03.29 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla