Yuxarı

De Vaaldan savaş anonsu: Qarabağda ağır silahlar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydındır ki, keçən il Qarabağın həlli üçün təhlükəli idi. Bu il isə təmas xəttində daha ciddi silahların tətbiqi imkanları baxımından daha təhlükəli ola bilər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında britaniyalı tanınmış araşdırmaçı Tomas De Vaal söyləyib. O, Qarabağ konfliktinin diplomatik yolla həllindən başqa alternativ görmədiyini bildirib.

De Vaal buna sübut kimi Vyanada əldə olunan razılaşmaları göstərib:

“Bu müqavilənin əsas şərti təmas xəttində atəşkəsin mandatının gücləndirilməsi ilə bağlı razılaşma idi. Bu tələb həm Ermənistan, həm Azərbaycan hökumətinə qarşı irəli sürülmüşdü. Lakin bu işləmədi və müqavilə də imzalanmadı. Nəyə görə? Aydındır ki, səhvlər oldu. Mütləq ATƏT-in Minsk Qrupunun üzvlərindən biri bu razılaşmanın yerinə yetirilməsi ilə bağlı öhdəlik götürməlidir. Üstəlik, ATƏT-in Minsk Qrupunun formatı gücləndirilməlidir. Həmsədrlər isə öz növbəsində konfliktin yenilənməsinə imkan verməmək üçün Vyana razılaşmasına yenidən baxmalıdırlar”.

Tarix
2017.03.29 / 13:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla