Yuxarı

Kirakosyan: “Yeni Aprel şavaşı daha dağıdıcı olacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Aprel savaşının ildönümündə Qarabağ istiqamətində yenidən uğurlu hərbi əməliyyat aparacağı və düşmənə növbəti ciddi zərbə endirəcəyi ilə bağlı qorxu davam edir.

Axar.az xəbər verir ki, Ermənistan cəmiyyətində mövcud olan bu qorxunun nəticəsi olaraq bu ölkədə təşkil edilən konfransda erməni politoloq Riçard Kirakosyanın çıxışı diqqət çəkib. O bildirib ki, Qarabağ münaqişəsində hərbi əməliyyatların yenilənməsi riski hələ də qalır.

“Aprel müharibəsindən bir il sonra” adlı tədbirdə çıxış edən Kirakosyanın sözlərinə görə, hər iki tərəfin vəziyyəti dəyişmək üçün əsasları var:

“Birincisi, yeni hərbi əməliyyatlar ötən ilin aprelində olduğu kimi gözlənilməz olmayacaq. İkincisi, Ermənistan da yeni növ silahlarla silahlanıb və bu o deməkdir ki, yeni hərbi toqquşmalar daha genişmiqyaslı və dağıdıcı olacaq”.

Kirakosyan bildirib ki, Aprel müharibəsi 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra Qarabağ münaqişəsində ən önəmli hadisə idi:
“Və bu 90-cı illərdən bəri Azərbaycanın ilk hərbi uğuru idi. Azərbaycanın bu uğuru ermənilərin hərbi dəyanəti haqqındakı mifi darmadağın etdi. Bu hadisə göstərdi ki, Ermənistandakı korrupsiya ölkənin milli təhlükəsizliyi üçün ciddi təhlükədir. Amma mən Aprel mühalribəsində baş verməyən iki hadisəni təqdim etmək istəyirəm. Birincisi, Ermənistan bu hadisələrə necə yanaşdı: onun addımları məhdud idi. Ermənistan hərbi əməliyyatlara əksər hərbi sistemləri cəlb etməmişdi. İkincisi, atəşəkəs razılığı Moskvada əldə olundu, bu da real atəşkəs yox, şifahi razılaşma idi”.

Tarix
2017.03.29 / 14:34
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla