Yuxarı

İtaliya KİV-də Bakı limanı haqda yazı çap olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eurasian Business Dispatch" analitik portalında italyan tədqiqatçılar Domeniko Letisia və Giorgia Piların birgə müəllifi olduğu "Yeni Bakı limanı və Azərbaycanın ilk Azad Ticarət Zonası" adlı məqalə dərc olunub.

Bu haqda Axar.az-a Azərbaycanın İtaliyadakı səfirliyindən xəbər verilib. Məqalədə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində nəqliyyat sektorunun rolu, Bakı limanının tarixi, onun beynəlxalq nəqliyyat dəhlizləri üçün əhəmiyyəti, hazırda yeni Bakı limanının genişləndirilməsi istiqamətində aparılan işlər, bu xüsusda innovativ yanaşmalar, liman ərazisində və ona yaxın yerdə qurulmaqda olan Azad Ticarət Zona (ATZ), istər Bakı limanının, istərsə də ATZ-nın ölkənin və regionun iqtisadiyyatına potensial töhfələri kimi mövzular yer alıb.

Yazı Bakı limanının strateji əhəmiyyəti və imkanları barədə İtaliyanın işgüzar və akademik dairələrini məlumatlandırmaq məqsədi daşıyır.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

eurasianbusinnessdispatch.com

Tarix
2017.03.29 / 16:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla