Yuxarı

Ermənistanın bundan başqa yolu yoxdur - Zohrabyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hökumət yaranmış problemləri həll etmək əvəzinə hakimiyyət uğrunda mübarizə aparır. Bu da işğalçı ölkədə narazılıqları artırıb.

Axar.az xəbər verir ki, “Sarukyan” blokundan deputatlığa namizəd Naira Zohrabyan Kotayk vilayətində seçki kampaniyası çərçivəsində çıxışı zamanı bildirib ki, hakimiyyəti vətəndaşların taleyi maraqlandırmır. O deyib ki, Ermənistan ən ağır günlərini yaşayır. Ölkə borc içində boğulur, əhali ölkəni tərk edir. S.Sərkisyan rejimi isə on ildə yaratdığı problemləri aradan qaldırmaq əvəzinə hökumət postunda möhkəmlənmək uğrunda mübarizə aparır. Hakimiyyət 17 il xalqı talayıb. İnsanlar xaricdə baraklarda yaşamağa məhkum kütləyə çevirib.

N.Zöhrabyan vətəndaşları həlledici qərar verməyə çağırıb. Qeyd edib ki, Ermənistanın bundan başqa yolu yoxdur. Ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayıb. Ermənistan büdcəsi isə miqrant pullarından asılı vəziyyətə düşüb.

Deputatlığa namizəd qeyd edib ki, S.Sərkisyan cinayətkardır. O, öz hakimiyyətini insanların bədbəxtliyi, faciələri üzərində qurub. S.Sərkisyan vaxtilə ona yaxın olan insanları aradan götürür. Dünənə kimi Seyran Ohanyan və Samvel Babayan onun dostları idi, indi isə düşmənləridir.

Bu arada hakim klanın aparıcı nümayəndələrindən biri, sabiq müdafiə naziri Seyran Ohanyanla Serj Sərkisyan arasında qarşıdurma getdikcə dərinləşir. S.Ohanyanın yaxın adamı Samvel Babayanın həbsindən sonra keçmiş müdafiə nazirinin də həbs olunması gündəmdədir. S.Ohanyan bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılsa da, yenidən siyasi səhnəyə qayıtmaq istəyir. S.Sərkisyanın isə əsas məqsədi nəyin bahasına olursa-olsun, aprelin 2-də Ermənistan parlamentini ələ keçirməkdir.

Tarix
2017.03.29 / 20:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla