Yuxarı

Türkiyə Rakkaya hücumdan vaz keçdi, çünki…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun “Fərat qalxanı” əməliyyatının uğurla tamamlandığını açıqladı. Bəli, hərbi baxımdan bu əməliyyatı hardasa uğurlu saymaq olar, Türkiyə Suriyada bir neçə yaşayış mərkəzini terrorçulardan azad etməklə tampon bölgə formalaşdırdı, sərhədin bir hissəsi nəzarətə götürüldü, bir qisim köçkünün geri qaytıması üçün şərait yaradıldı, Ankaranın dəstəklədiyi Azad Suriya Ordusu (ASO) güc qazandı.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçinin sözlərinə görə, bununla belə siyasi nöqteyi-nəzərdən “Fərat qalxanı” əməliyyatının tam hədəfə çatdığını söyləmək çətindir:

“Çünki Ankara Suriyada silahlı kürdləri neytrallaşdıra bilmədi, tam əksinə, terrorçu PKK-nın qolları olan PYD və YPG ABŞ və Rusiyadan aldığı dəstək sayəsində tərəfdarlarının sayını 60 min döyüşçüyə çatdırdı. Bu saya görə PKK-nı da geridə qoydular. PYD və YPG gələcəkdə Türkiyəyə problem yaradacaq. Türkiyə İŞİD-in Suriyadakı əsas qalası sayılan Rakka şəhərinə hücumdan da vaz keçdi. Türkiyənin başqa alternativi yox idi. Bu şəhərin azad olunması uğrunda döyüşdə Türkiyə xeyli hərbçisini itirə bilərdi. Ona görə də qoy, Rakka ABŞ, Rusiya və silahlı kürdlərin başağrısı olsun”.

Qeyd edək ki, Azad Suriya Ordusu (ASO) Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il, avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı.

Tarix
2017.03.30 / 10:58
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla