Yuxarı

Ordumuza tapşırıq verildi: Apreldə... - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Ermənistanda seçkiqabağı proseslər getdiyi üçün hər an qarşı tərəfin təxribatlarını gözləyirik. İndiki hakimiyyət uduzduğunu görən kimi cəbhədə təxribatlara əl atacaq.

Bu sözləri Bakipost.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, Azərbaycan təxribatlara layiqli cavab vermək üçün laziımi tədbirlər görüb: "Hazırda Ermənistanda seçki ərəfəsidir. Buna cəmiyyət iki tərəfə parçalanıb. Müxalif tərəfinin nümayəndələri keçmiş məmurlardır. Həmin şəxslərin hər biri müəyyən vəzifələrdə olublar. Onlar artıq müxalif olaraq bir çox şeyi başa düşürlər. Hətta indiki hakimiyyəti Azərbaycanla konstruktiv olmağa çağırırlar. Çünki Ermənistan iqtisadi vəziyyətlərdən kənarda qalıb. Hər kəs onlardan vaz keçib. Həmçinin Rusiyadan alınan silahlar elə-belə verilmir. Müəyyən şərtlər qoyulur.

Sərkisyanın komandası da seçkilərdə heç vaxt bu qədər zəif olmamışdı. Nəticələr bunu göstərir, cəmiyyət də onların istefasını tələb edir. İndiki hakimiyyət uduzduğunu görsə, təxribata əl atacaq. Əsas da Qarabağ məsələsini ortaya atacaq. Bununla da daha geniş miqyaslı təxribat edib, cəmiyyətin fikrini problemlərdən yayındıraraq Qarabağ məsələsinə yönəltməyə çalışacaqlar. Biz bunu gözləyirik.

Müdafiə Nazirliyi və bizlər erməni tərəfdən hər bir təxribatı gözləyirik”.

Polkovnik, Ali baş komandan İlham Əliyevin baş verə biləcək hər hansı təxribatların qarşısının alınması üçün tapşırıqlar verdiyini xatırladıb: "Ali baş komandan, prezident İlham Əliyev son zamanlar cəbhə bölgəsində olduğu zaman müəyyən tapşırıqlar verib. O tapşırıqları yerinə yetirmək üçün də müdafiə naziri və rəhbərliyi yerlərdə olaraq lazımi tədbirlər görürlər. Bunların hamısı istənilən zaman Ermənistandan hər hansı təxribatı gözlədiyimiz üçündür. O təxribatların qarşısını almaq üçün də lazım olar səylər və tədbirlər görülür”.

Hərbi ekspert cəbhədə vəziyyətin ara-sıra gərginləşməsi məsələsidən də danışıb:

"Hazırda biz müharibə şəraitindəyik. Yəni atəşkəs var, amma bu demək deyil ki, müharibə bitib. Atəşkəs də müharibənin bir vəziyyətidir. Ona görə də bizim silahlı qüvvələrimiz və cəbhə xəttində yerləşən bölmələrimiz döyüş tapşırığını yerinə yetirirlər. Bu tapşırıq əldə olunan mövqeləri əldə saxlamaqdır”.

Tarix
2017.03.30 / 15:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla