Yuxarı

Bu ölümlərdə ekspertiza cinayətkarları qoruyur - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV kanalında hüquqşünas Zülfiyyə Bayramovanın təqdimatında yayımlanan “Qanunla biz” verilişində son illər Azərbaycan ictimaiyyətini həm sıravi vətəndaş, həm də yüksək dairələr səviyyəsində ən çox narahat edən məsələlərdən biri - həkim səhlənkarlığı mövzusu müzakirə olunub.

Axar.az xəbər verir ki, verilişin qonaqları hüquqşünas Səməd Vəkilov və ZNK şirkətinin baş həkimi, həkim-dermotoloq Sevinc Abdullayeva həkim səhlənkarlığının səbəblərindən, hüquqi addımların atılmasından danışıblar.

Hüquqşünas Səməd Vəkilov son illər həkim səhlənkarlığı nəticəsində baş verən ölüm hallarının artdığını və bunlardan bir neçəsinin ölkədə böyük rezonans doğurduğunu deyib:

“Bildiyiniz kimi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tanınmış tənqidçi Elnarə Tofiqqızının (Niftəliyeva) 2013-cü ildə həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsi bütün ölkədə rezonans doğurdu. Bu hadisə ilə sözügedən problem qabarıq şəkildə üzə çıxdı. Lakin çox təəssüf ki, qanunvericilikdə həkim səhlənkarlığı ucbatından pasiyentin ölümünə səbəb olmaya görə cəmi 4 ilə qədər həbs cəzası nəzərdə tutulur ki, adətən, belə həkimlər də ən yaxşı halda məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilir. Başqa sözlə desək, həbs olunmurlar. Doğrudur, Elnarə Tofiqqızının həkim səhlənkarlığı ilə bağlı dünyasını dəyişməsi prosesində ittiham olunan həkim-anestezioloq həbs edildi. Bunun da səbəbi o idi ki, o, ölüm baş verdikdən sonra sənədləri saxtalaşdırmışdı və anestezioloqun iki maddə ilə - 124.1 (həkim səhlənkarlığı, xəstənin ölümünə səbəb olduqda) və 311.1 (sənəd saxtakarlığı) – törətdiyi cinayəti sübuta yetirildi.

Ancaq adətən, yalnız həkim səhlənkarlığı nəticəsində insan ölümü baş verəndə, həkimlər həbs edilmirlər, məntəqə tipli cəzaçəkmə müəssisəsi azadlıqda qalmaq deməkdir. Bu isə zərərçəkənlər tərəfindən çox pis qarşılanır.

Konkret bu hadisənin timsalında deyək ki, Elnarə Tofiqqızının iki azyaşlı qızı var idi və həmin uşaqlar, eləcə də həyat yoldaşı - tanınmış jurnalist Anar Niftəliyev ağır sarsıntı keçirdi”.

S.Vəkilov bir insanın səhlənkarlıq nəticəsində dünyasını dəyişməsi qarşılığında cəzanın həddən artıq yüngül olmasına diqqət çəkib:

“Yəni belə məsələlərdə hüquq sistemi demək olar ki, həkimləri qoruyur. Təəssüf ki, bu cür ölümlərdə təyin olunan ekspertiza da birmənalı şəkildə cinayəti törədən həkimlərin tərəfini saxlayır. Belə ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ölümün səbəbləri ilə bağlı verdiyi arayış istintaqda əsas götürülür. Birliyin ekspertləri isə çalışırlar ki, öz həmkarlarının məsuliyyətdən azad olunması üçün onların səhv etmədiklərini arayışda əks etdirsinlər. Nəticədə, bəzən həkimlər törətdikləri cinayətə görə ümumiyyətlə cəzasız qalırlar”.

S.Vəkilov bu halın həkim səhlənkarlığının bu qədər geniş yayılmasında rol oynadığını da vurğulayıb.

Cəmiyyəti çox narahat edən olduqca maraqlı verilişin tam videosunu təqdim edirik:

Tarix
2017.03.31 / 15:38
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla