Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Avqust 2018


Aslan İsmayılov: "ANS-in müdafiəsinə heç əlli adam gəlmədi"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azadlıq" qəzeti mətbuat konfransı keçirdi

Bu gün saat 13:00-da RATİ-nin ofisində "Azadlıq" qəzetinin çapının dayandırılması ilə bağlı mətbuat konfransı keçirildi. Konfransda qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevlə bərabər, hüquqşünas Aslan İsmayılov, DEVAMM-ın rəhbəri İlqar İbrahimoğlu, Milli Şuranın üzvü İbrahim İbrahimli və s. şəxslər iştirak edirdilər.

R.Hacıyev qeyd etdi ki, qəzet nəşriyyata olan 24 min manat borcunu ödəmək imkanına malik deyil. Qəzetin dəfələrlə məhkəməyə verildiyini bildirən R.Hacıyevin sözlərinə görə, nəticədə xeyli cərimə yığılıb:

"Bakı Metropoliteninin rəisi Tağı Əhmədov "Azadlıq" qəzetindəki məlumatla bağlı məhkəməyə müraciət etdi və qəzet 30 min manat cərimələndi. Bizim cəhdimizlə Tağı Əhmədovla cərimənin 75 ay ərzində hissə-hissə ödənilməsi haqqında razılıq əldə olundu. Lakin sonradan Tağı Əhmədov bu razılaşmanı pozdu. Daha sonra qəzetin əməkdaşı "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova tərəfindən məhkəməyə verildi və qəzet cərimələndi. Nəticədə aprel ayında Yasamal Rayon Məhkəməsi qəzetin bank hesabına həbs qoydu. Oktyabrın 24-də "Azadlıq" qəzetinin məhkəmə qətnaməsini icra etməməsi ilə bağlı protokol verildi və bizdən 65 min manatlıq cərimənin ödənilməsi tələb edildi".

R.Hacıyev əlavə etdi ki, "Qasid" firmasının da "Azadlıq" qəzetinə borcu yaranıb: "2013-cü ilin oktyabrın 1-nə qədər "Qasid" firmasının qəzetə 50 min manat borcu olması təsdiqlənib və borc ödənmir. Maddi vəsaitin olmaması nə cərimələrin, nə də qəzet əməkdaşlarının maaşını ödəməyə imkan verir".

Azərbaycanda hüquq müdafiə institutu ölüb

Söz alan hüquqşünas Aslan İsmayılov isə ictimaiyyəti qınaq atəşinə tutdu:

"Bu gün Azərbaycanda hüquq müdafiəçiləri "hüquq müdafiə" peşəsini biznesə çeviriblər. Yəni qrant alıb, qrant yemək, yaxud mətbuatda getdiyi kimi, dəfələrlə kimisə xaricdə hansısa siyahıya saldırmaq üçün rüşvət alan hüquq müdafiəçiləri, arayış alan hüquq müdafiəçiləri. Bu institut ölübdür Azərbaycanda".

"Gəlməmişdən öncə "feysbuk"da bir status paylaşdım ki, "Azadlıq" qəzetinin bağlanması ilə əlaqədar konfransa gedirəm. Ki, görüm neçə nəfər müdafiəyə gələcək. 3-5 dəqiqə bayırda gözlədim, bir nəfər belə gəlmədi. Ancaq bəyənmədiyimiz Rusiyada "NTV" kanalı bağlanan saatı 50 min adam "NTV"nin binasının qarşısında idi. Bizim "ANS" bağlananda mən getmişdim həmin dəqiqə. Əlli nəfər belə gəlmədi.

Tarix
2013.11.13 / 16:34
Müəllif
Vüsal Tağı
Şərhlər
Загрузка...
Digər xəbərlər

BMT baş katibindən Xəzər Konvensiyasına – Reaksiya

Xəzər Konvensiyası: Bakı üçün hansı imkanlar açıldı?

Xəzərlə bağlı Konvensiya böyük qazanc vəd edir - Ekspert

Bir çox məsələnin həlli üçün şərait yaranıb - Poletayev

Ermənistanın müdafiə naziri Qarabağa gəldi

Xəzərlə bağlı tarixi razılaşma bu ölkələrdə manşet oldu - Foto

Bakının yeni inkişaf modeli: uğurların işığında

“Avronyus” Xəzərlə bağlı tarixi razılaşmanı yayımladı

"Onlar bu tarixi razılaşmaya əngəl olmaq istəyirdilər"

Erməni vitse-spiker Bakının uğurlarını etiraf etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla