Yuxarı

İqbal Ağazadədən Oqtay Əsədovun replikasına cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü iclasında Ümid Partiyasının sədri İqbal Ağazadə qiymət artımının olacağını proqnozlaşdırıb. O, bunu Maliyyə naziri Samir Şərifovun dövlət büdcəsinin layihəsini təqdim edərkən qiymət artımı ilə bağlı anons verməsi ilə əsaslandırıb.

Spiker Oqtay Əsədov isə ona replika ataraq deyib ki, Maliyyə naziri dünənki çıxışında belə bir anons səsləndirməyib: "İqbal, sən özün anons verib, özün də münasibət bildirirsən. Maliyyə naziri belə anons verməyib. Yəqin ki, növbəti çıxışında da Samir müəllim özü bu məsələyə toxunacaq".

Qiymət artımı mütləq olacaq!

İqbal Ağazadə "Axar.az"a açıqlamasında qiymət artımı barəsində səsləndirdiyi fikirlərə münasibət bildirdi:

"Mən istəyirəm ki, cənab Oqtay Əsədovun dediyi kimi olsun və qiymət bahalaşması olmasın. Amma Samir Şərifov bununla bağlı danışıb və büdcədə sosial sferada daxilolmaların tətbiqi qiymət artımı ilə bərabər nəzərdə tutulub. Əgər bu artımla büdcə formalaşması nəzərdə tutulubsa, demək, hökmən artım olacaq, bundan qaçmaq olmaz".

Millətin ayağa qalxmasını istəmirik

Millət vəkilinin fikrincə, insanların narazılıq etməməsi onların hüquqlarının pozulması anlamına gəlməməlidir:

"İnsanlar narazılıq etmirsə belə, onların hüquqlarını tapdalamaq olmaz axı. Biz çalışmalıyıq ki, xalq yaxşı yaşasın, sosial problemlərdən əziyyət çəkməsin. Biz çox istəyirik ki, millət sosial tələblərlə ayağa qalxmasın, çünki millətin ayağa qalxması hər zaman qarşıdurma, xaosla nəticələnə bilər. Hökumətin millətə qulluq eləməsini istəyirik, millətin ayağa qalxmasını yox".

Tarix
2013.11.13 / 16:54
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla