Yuxarı

Tələbələr Altay Göyüşova görə dərsləri boykot edib - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 13-də Bakı Dövlət Universitetinin tarix fakultəsinin tələbələri dosent Altay Göyüşovun işdən uzaqlaşdırılmasına etiraz olaraq dərsləri baykot ediblər.

"Axar.az"ın xəbərinə görə, bu barədə "Azadlıq" radiosuna aksiyada iştirak edən tələbələrdən biri məlumat verib:

"Dünən axşam saatlarında feysbukda Altay Göyüşovun BDU-dan çıxarılması haqda yazılanları oxuduq. Səhər saatlarında isə dördüncü kursda təhsil alan tarix fakultəsinin 55 tələbəsiylə birlikdə qərara gəldik ki, dərsləri boykot edək. İlk olaraq 4-cü kurs tələbələri dərsə girməkdən imtina etdilər. Tarix korpusunun qabağına toplaşdıq. Daha sonra dekan Azad Rzayev məsələni birlikdə müzakirə etməyimizi istədi. Boykota 2-3-cü kurs tələbələri də qoşulmuşdu. Görüşdə prorektor Sani Hacıyev tələbələrə söz verdi ki, Altay müəllimin sabah dərsi var. Sabah gəlib dərsini keçə bilər".

Tələbələr deyirlər ki, onlara verilən vəd yerinə yetirilməsə, dərslərə girməkdən imtina edəcəklər.

Xatırladaq ki, Altay Göyüşovun Bakı Dövlət Universitetindən çıxarıldığı barədə məlumatlara universitet və fakültədən münasibət bildirilib, həmçinin rektor Abel Məhərrəmov bu barədə bu gün açıqlama verib.

Tarix
2013.11.13 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla