Yuxarı

Aslan Aslanov rüşvət ittihamlarına cavab verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əsgərlərimizi öz vəsaitim hesabına hərbi texnika ilə təmin edən kişilərdən biri olmuşam"

Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunan Aslan Aslanov bu gün mətbuatda yayılan və onu rüşvət almaqda ittiham edən yazılara münasibət bildirib.

"Qafqazinfo"ya açıqlamasında mediada yazılan məlumatları təkzib edən A.Aslanov uzun müddətdir dövlətə xidmətindən danışıb:

"90-cı illərdən - Ulu öndərin vaxtından bu günə qədər dövlətimizin və vətənimizin qarşısında xidmətlərim olub. Etdiyim xidmətlər barəsində heç vaxt danışmamışam. İndi məni bu barədə danışmağa məcbur edirlər. Mən Azərbaycan–Ermənistan münaqişəsində əsgərlərimizi öz vəsaitim hesabına hərbi texnika ilə təmin edən kişilərdən biri olmuşam. Onlarla zirehli texnikanı alıb əsgərlərə vermişəm. Şəhid olan 22 əsgərin qəbirüstü abidəsini öz vəsaitim hesabına götüzdürmüşəm. Bu xidmətlərimi də Heydər Əliyev yüksək qiymətləndirərək 35 yaşında mənə birbaşa polkovnik rütbəsi verib. Bundan başqa, mən Gürcüstanda M.F.Axundov, N.Nərimanov, C.Məmmədquluzadənin yaşadığı evləri öz vəsaitimlə alaraq ev muzeyinə çevirmişəm. Gürcüstanda Azərbaycanın mövqeyi üçün çox şeyi qurban vermişəm. Gürcüstanın eks-prezidenti Eduard Şevarnadzenin prezidentlik dövründə Azərbaycan Xalq Cümhuriyətinin qurucuları üçün park salmışam və heç birinə görə təmənna ummamışam. Ölkə rəhbərliyinin mənə qarşı həmişə yüksək diqqəti olub. Məsləhət olub vəzifəmdən azad olunmuşam. Bu isə cəmi bir neçə gündür baş verib. Hazırda evimdə oturub istirahət edirəm. Mən həm də YAP-ın Siyasi Şurasının üzvüyəm. Yaxın günlərdə ölkə rəhbərliyi hansı vəzifəni mənə tapşıracaqsa, o işin qulpundan yapışıb dövlətimə xidmət edəcəyəm".

Aslan Aslanov həmçinin yaxın qohumunun cəzalandırılaraq Murova göndərilməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

"Doğrudur, mən Səfər Əbiyevlə kirvəyəm. Lakin mənim hərbi sistemdə cəmi bir əmim oğlu işləyir. O da Nizami rayon Hərbi Komissarının müavini Azər Aslanovdu. Onun vəzifəyə gəlməsiylə bağlı S.Əbiyevdən heç bir xahiş etməmişəm. Gördüyünüz kimi, Gürcüstana qaçmağa da cəhd etməmişəm. İndi sizinlə danışıramsa, deməli, həbs xəbərim də yalandı. Mən öz dövlətimə o cür xidmət etməmişəm ki, bir gün onu qoyub qaçmaq məcburiyyətində qalım. Bütün mediadan xahişim odur ki, nə yazırlar yazsınlar, məni ləkələməyə cəhd etməsinlər. Onsuz da bu cür böhtanlar mənə yapışmaz. Mənə qarşı bu cür addımlar, təzyiqlər çox olub. Heç nə məni yolumdan döndərə bilməz. Oğlumu da qətlə yetiriblər, həyatıma isə 3 dəfə sui-qəsd edərək 29 güllə vurublar, lakin mən bu gün də Aslan Aslanov olaraq qalıram".

Tarix
2013.11.14 / 01:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla