Yuxarı

Təzə nazir Səfər Əbiyevin bir kadrını da vurdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyində kadr dəyişiklikləri ara vermir.

Nazir Zakir Həsənov bu dəfə Təlim-Tədris Mərkəzinin rəhbəri Şəmsəddin Abuşovu vəzifəsindən azad edib.

Onun yerinə isə Beyləqan briqadasının komandiri Nazim Əlibəyov təyin olunub.

Qeyd edək ki, polkovnik Ş. Abuşov 2013-cü il iyulun 23-də bu vəzifəyə təyin olunmuşdu. Bu zamana qədər isə o, Beyləqan korpusunun qərargah rəisi olub. 2009-cu ilə kimi Təlim-Tədris Mərkəzinin rəisi vəzifəsində general-mayor Lənkəran Əliyev çalışıb.

2009-cu ildə L. Əliyev bu vəzifədən uzaqlaşdırıldıqdan sonra Ş.Abuşovun təyinatına qədər bu vəzifəni Təlim- Tədris Mərkəzinin rəis müavini olmuş polkovnik Fikrət İbrahimzadə icra edib.

Ş.Abuşovun 7 ay əvvəl təyin olunduğu vəzifədən azad edilməsi hər kəs üçün gözlənilməz olub. Belə ki, Səfər Əbiyevin nazirliyə rəhbərliyi dönəmində o, heç bir qruplaşmada iştirak etməməsi ilə fərqlənib.

Eyni zamanda Təlim-Tədris Mərkəzinin rəhbəri kimi adı heç bir rüşvət və ya digər qalmaqallarda hallandırılmayıb. Ş.Abuşova yaxın zamanda general rütbəsinin veriləcəyi gözlənildiyi bir zamanda, yeni nazirin kadr dəyişikliyi təəccüblə qarşılanıb. Bununla belə fəaliyyəti nəzərə alınaraq Şəmsəddin Abuşovun yaxın zamanda başqa vəzifəyə təyinatı gözlənilir ("Aznews.az").

Tarix
2013.11.14 / 09:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla