Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Fevral 2018


Ruslar Türkiyədən niyə ehtiyat edir – Rusların şərhi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya mediasında türkiyənin Gömrük İttifaqına dəvət olunması ilə bağlı şərhlər hələ də davam edir. Maraqlı olacağını nəzərə alaraq, "Rosbalt" saytında əksini tapan bir şərhi ixtisarla təqdim edirik.

"Nazarbayevin Türkiyənin Gömrük İttifaqına (Gİ) qəbul edilməsi və Azərbaycanın mümkün üzvlüyü ilə bağlı debatlar ideyasının arxasında nə durur?

İstisna deyil ki, bu, həm Qərbi şantaj yolu, həm də Rusiyanın Gömrük İttifaqında dominant rolunu zəiflətmək istəyidir.

Nursultan Nazarbayevin Türkiyəni Gİ-yə dəvət etməsi İsraili "Həmas"a dəvət etmək kimi bir şeydir. Lakin Nazarbayevin təklifi ya həqiqətən Türkiyənin iştirak perspektivinə hesablanıb, ya da tərəflərin reaksiyasını yoxlamaq üçündür.

Rusiyanın dominantlığını azaltmaq

Türkiyə artıq yarım əsrdir ki, nəticəsiz olaraq Avropa qapılarını döyməkdə davam edir. Ukrayna ətrafında gedən debatların fonunda Nazarbayev bu çağırışı ilə Türkiyəyə Avropaya müvafiq siqnal göndərməkdə kömək edir və bununla da onun missiyası tamamlanmış hesab oluna bilər.

Türkiyəli ekspertlər bildirir ki, onların arzusu AB olsa da, öz dünyalarına geri qayıtmalıdır. Belə ki, Türkiyə Rusiya, Ukrayna, Belarusla uğurlu ticarət apardığı halda Amerika bazarına heç nə ixrac etmir.

Bakının birliyə üzv olması mümkünsüzdür

Nazarbayevin motivasiyasının ikinci səbəbi Rusiyanın bu İttifaqda dominantlığını azaltmaqdır. Belə halda Türkiyənin lobbistlərindən biri də Belarus ola bilər.

Qazaxıstanın qaldırdığı bu məsələ Ermənistanın maraq dairəsinə daxil olmaya bilməz. Ermənistanın "Yeni Zaman" nəşri belə yazır: "Əgər Türkiyə birliyə daxil olsa, bizim orda bir işimiz yoxdur".

Türkiyə ilə yanaşı, Azərbaycanın da İttifaqa qoşulması haqda diskussiyalar gedir. Regional məsələlər komitəsinin sədri - deputat Arif Rəhimzadə qeyd edir ki, Qarabağ münaqişəsi həll olunmamış Bakının birliyə üzv olması mümkünsüzdür.

Politoloq Sergey Markov debatlara şərh verərək bildirir ki, Azərbaycanın yetərincə enerji resursu olduğundan, Gömrük İttifaqına girməyə ehtiyac duymur.

Moskvanı Azərbaycanın İttifaqa daxil olması məmnun etsə də, Türkiyənin daxil olması tam əksinədir. Ən azından ona görə ki, Türkiyə İttifaqa daxil olarsa, Rusiyanın dominantlığını paylaşacaq.

Buna görə hazırki mərhələdə söhbət yalnız Moskva və Brüsselin reaksiyasını provokasiya etməkdən gedə bilər. Və çox güman ki, məntiqli olaraq onlar susacaq".

Tarix
2013.11.14 / 10:39
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili

"Sovetski"dən köçürülmə ilə bağlı növbəti qərar verildi

Prezidentdən önəmli qərar: Təqaüdlər artırıldı

Azərbaycana beynəlxalq arenada ehtiyac yarana bilər... - Ekspert

Nazir Cocuq Mərcanlıya gedir

Qarabağın ən böyük faciəsi... - Foto

Təyyarələrin qəzaya düşmə səbəbləri - İlginc faktlar

Ukraynalı diplomat Rusiya XİN-ə çağırıldı - Səbəb

Daha bir nəfər prezidentliyə namizədliyini verdi

Ermənilərin “çirkin” feyk dostu: Onun şikəst karyerası - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla