Yuxarı

"Bu, Azərbaycana böyük divident gətirir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Azərbaycan sürətlə inkişaf edərək mühüm uğurlar qazanıb. Bununla yanaşı, ölkəmizdə böyük tədbirlərin və irimiqyaslı yarışların təşkili üçün münbit şərait vardır. Ölkəmiz 2015-ci ildə birinci Avropa Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi edib. Bu yarış dünya ölkələrinə təşkilatçılıq baxımından örnək oldu. Ölkəmizin dünyada tanıdılması, nailiyyətlərin nümayişi, mədəniyyətimizin və tariximizin təbliği baxımından belə tədbirlərin təşkili vacibdir. Bir neçə gündən sonra Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bütün bu tədbirlər Azərbaycana böyük divident və uğurlar gətirir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) prezidenti İlham Rəhimov Azərtac-a məxsusi müsahibəsində deyib.

ARMPK-nın prezidenti bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkili tarixi hadisədir. Bu Oyunlar çərçivəsində paralimpiyaçı cüdoçu və atletlər də birincilik uğrunda mübarizə aparacaqlar. Biz bunun üçün Azərbaycanın birinci xanımı, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə əlil idmanı mötəbər yarışın proqramına salınıb.

“IV İslam Həmrəyliyi Oyunlarının para-cüdo yarışında idmançılar 6 çəki dərəcəsində mübarizə aparacaqlar. Bunlardan 4-ü kişilər, 2-si isə qadınlar arasında olacaq. Cüdo yarışlarında əsas rəqiblərimiz İran, Türkiyə, Əlcəzair və Özbəkistandan olan idmançılardır. Azərbaycan hər çəki dərəcəsində iki cüdoçu ilə təmsil olunacaq. Beləliklə, “Bakı-2017”də Azərbaycanı 12 para-cüdoçu təmsil edəcək”, - deyə İlqar Rəhimov bildirib.

IV İslam Həmrəyliyi Oyunlarında paralimpiyaçılar arasında atletika növlərinin sayının 15 olacağını diqqətə çatdıran ARMPK-nın prezidenti deyib ki, həmin yarışlarda ölkəmizi 15 atletin təmsil etməsi nəzərdə tutulub. Ola bilsin ki, Oyunlara yaxın günlərdə müəyyən dəyişikliklər edilsin. Ümumilikdə “Bakı-2017”də paralimpiyaçıların heyətinə 25-dən artıq idmançının daxil edilməsi nəzərdə tutulub.

İlqar Rəhimov bildirib ki, cari ilin əvvəlindən bu iki idman növünə diqqəti bir az da artırmışıq. İdmançılar üçün həm respublika daxilində, həm də xaricdə təlim-məşq toplanışları təşkil olunub, paralimpiyaçılarımızın müxtəlif beynəlxalq yarışlarda iştirakı təmin edilib. Müşahidələrimiz göstərir ki, idmançılarımızın hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Heyətdə heç bir idmançımızın zədəsi yoxdur və hazırlıqlar yüksək səviyyədə davam edir. Atletika yığmamız Antalyada hazırlığını davam etdirir. Təlim-məşq toplanışına aprelin 26-da yekun vurulacaq. Cüdo yığmamız isə Gürcüstandan yeni qayıdıb. Cüdoçuların son təlim-məşq toplanışı İsmayıllıda təşkil olunacaq.

Cari ilin fevralında ARMPK-nın seçki-hesabat konfransında ikiqat Paralimpiya çempionu İlham Zəkiyevin komitənin vitse-prezidenti seçilməsini xatırladan İlqar Rəhimov deyib: “İlham komitə daxilində bir çox işlərlə məşğul olur. Bunlardan biri də ölkədə cüdonun inkişafı və kütləviləşməsidir. İlham Zəkiyev öz istəyi ilə IV İslam Həmrəyliyi Oyunlarında idmançı kimi çıxış edəcək. O, həmişə irimiqyaslı yarışlarda həvəslə iştirak edib. Onun medal kolleksiyasında Paralimpiya Oyunlarının, Avropa Oyunlarının, dünya və Avropa çempionatının qızıl medalları var. Təkcə İslam Həmrəyliyi Oyunlarının medalı yoxdur. Bu da idmançımız üçün gözəl fürsətdir”.

Birinci Avropa Oyunlarında paralimpiyaçı cüdoçuların iki çəki dərəcəsində çıxış etdiyini vurğulayan ARMPK-nın prezidenti IV İslam Həmrəyliyi Oyunlarına idmançıların daha geniş heyətlə qatılacağını bildirib. Qeyd edib ki, İslam ölkələrinin idmançıları ilə paralimpiyaçılarımız çox az yarışda üz-üzə gəlirlər. Əsasən cüdoçularımız bu ölkələrin idmançıları ilə Paralimpiya Oyunları və dünya çempionatında qarşılaşırlar. Bu yarışlara qatılan heyətlərin nə qədər güclü olduğunu görürük. Əlcəzairdə çox güclü cüdoçular var. Onların arasında xeyli sayda Paralimpiya çempionları yer alır. Özbəkistan yığması “Rio-2016” Yay Paralimpiya Oyunlarında uğurlu çıxışı ilə yadda qaldı. Ümid edirəm ki, idmançılarımız doğma meydanda uğurla çıxış edib azarkeşlərimizi sevindirəcəklər.

Tarix
2017.04.21 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla