Yuxarı

Eks-nazirin 1-ci vitse-prezidentə müraciəti: Erməni hiyləsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Müraciətində T. Zülfüqarov virtual məkanda ermənilərin yalan siyasətinə diqqət çəkib.

Z. Zülfüqarov bildirib ki, Ermənistan dövlətinin dəstəyi ilə internet məkanının bütün seqmentləri yalan və saxtalaşdırılmış məlumatlarla doldurulur:

“Axtarış sistemlərinin manipulyasiya effektindən (Search Engine Manipulation Effect, SEME) və axtarış zamanı ”təklif" effektindən (Search Suggestion Effect,SSE) məharətlə istifadə edərək, ermənilər axtarış nəticələrinin qeyri-obyektiv formada sıralanmasına nail olurlar.

Müstəqil elmi araşdırmalar sübut edir ki, axtarış nəticələrinin birinci səhifədə sıralanması (SEME), eləcə də axtarış sözünün çap edildikdə “təklif” və “avtomatik əlavə etmə” (SSE) sistemləri nəticələrə böyük təsir göstərir və istifadəçilərin fikri ilə manipulyasiya edilməsi məqsədilə istifadə oluna bilər.
Nəticə olaraq, dünyanın istənilən yerində istifadəçi tərəfindən axtarış sisteminə “Azərbaycan”, “erməni-Azərbaycan münaqişəsi”, “Qarabağ”, “Xocalı” və digər “teq”lər daxil edildikdə, monitorda görünən ilk axtarış nəticələrin əksəriyyəti ermənilər tərəfindən saxtalaşdırılmış “faktlar”, “copy-paste” mətnlər və ya videomateriallar olur.

Məsələn, axtarış sistemində “Karabakh” sözü çap edildikdə, Google “Karabakh war” səhifəsinə keçid təklif edir və bu səhifədə “Decisive Armenian military victory” (“Erməni ordusunun həlledici qələbəsi”) vurğulanır. Rus dilində “Karabax” sözü axtarıldıqda isə Google tərəfindən “xəbərlər” sözü əlavə olaraq təklif edilir və axtarış nəticələrinin birinci səhifəsində Ermənistanın xəbər saytlarının siyahısı təqdim edilir.
“Belə misallar minlərlədir” deyə, T.Zülfüqarov müraciətində bildirib.

Məsələ ilə bağlı Müsavat.com-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, burada problem onunla bağlı ola bilər ki, erməni tərəfi müəyyən manipulyasiya etsin:

“Ola bilər ki, Google-un axtarış proqramlarının imkanlarından istifadə edərək manipulyasiya edə bilirlər. Belə imkanlar mövcuddur. Hesab edirəm ki, bu problemi həll etmək üçün biz də bunun üzərində işləməliyik. Azərbaycanla bağlı real həqiqətlərin dünyaya çatdırılması üçün müəyyən bir sistemli işin ortaya qoyulması məqsədəuyğun olardı. Yəni təsadüfi formada deyil, hansısa bir araşdırma mərkəzinə bununla bağlı tapşırıqlar verib, köməklik göstərmək olar ki, onlar məsələ ilə bağlı sistemli şəkildə işlər aparsınlar. Dünyada informasiya müharibəsinin getdiyi bir zamanda hansısa maliyyə, dövlət tərəfindən dəstəklənən qruplar əgər informasiya texnologiyalarından daha çevik istifadə edirlərsə, təbii ki, onlar bu məsələdə bir qədər üstün olurlar. Düşünürəm ki, hansısa bir araşdırma qrupu xüsusilə Qarabağ mövzusu ilə bağlı axtarış proqramlarında monitorinq etməlidirlər. Birincisi monitorinq oluna bilər ki, nə baş verir? Yəni misal üçün, ”Qarabağ" yazanda birinci beşlikdə nələr çıxır. Çıxan informasiya zamanı “link”in hara getməsini də aydınlaşdırmaq lazımdır. İkincisi isə monitorinqin nəticəsindən asılı olaraq araşdırmaq lazımdır ki, burada manipulyasiya, təhriflər olunubmu? Yəqin ki, olunub. Çünki mən özüm də bu kimi hallara rast gəlmişəm. Baxan kimi hiss olunur ki, axtarış zamanı birinci beşliyə yalan informasiyaların çıxması ilə bağlı hansısa qruplar iş aparıblar".

O. Gündüz bildirib ki, həqiqətlərin üzə çıxması, istifadəçilərə çatdırılması tək insanın işi deyil: “Hesab edirəm ki, İnformasiya Texnologiyaları İnstitutunda vikipediya qrupu var ki, onlar da işə dəstək verə bilərlər. Bundan başqa, Azərbaycan dilinin spesifik xüsusiyyətləri ilə bağlı araşdırmalarımız olub. Həmin araşdırmalardan da istifadə etmək olar. Düşünürəm ki, yalan informasiyaların ilk sıralamada olmalarının səbəbi Rusiya və ya digər ölkə ola bilməz. Burada müəyyən qruplar var və güman ki, onlar ya erməni diasporu, yaxud da bu kimi qüvvələr tərəfindən maliyyələşirlər”.

Tarix
2017.04.21 / 09:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla