Yuxarı

"Prezident bunu xüsusilə vurğuladı"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra gənc, müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Sabitlik təmin edildi, iqtisadiyyat, xüsusilə də neft-qaz sektoru inkişaf etməyə başladı. Qısa zamanda ölkəmiz qlobal enerji layihələrinin iştirakçısı və təşəbbüsçüsünə çevrildi. Bununla Azərbaycan dünya miqyasında neft ölkəsi olaraq böyük nüfuz qazandı, Avropanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına çevrildi. Bu gün isə Azərbaycan iqtisadiyyatı qeyri-neft sahəsi üzrə şaxələndirilir, “Made in Azerbaijan” brendi dünya bazarlarına daxil olur. “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır.

Axar.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu gün iqtisadi inkişaf statistik rəqəmlərdə də özünü aydın şəkildə göstərir. Belə ki, yanvar-mart aylarında iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb. Qeyri-neft sənayesi 2, kənd təsərrüfatı isə 3,5 faiz artıb. Ticarət dövriyyəsi 15, ixrac 50 faizə yaxın artıb, idxal isə 17 faiz azalıb. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb. Göründüyü kimi, ölkəmiz demək olar ki, iqtisadiyyatın bütün sahələrində öz inkişaf tempini qoruyub saxlayıb.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, iqtisadiyyatın inkişafına təkan verən əsas amillərdən biri münbit investisiya mühitinin yaradılmasıdır. Bu gün ölkəmizdə kifayət qədər əlverişli investisiya mühiti yaradılıb. Hazırda istər yerli, istərsə də xarici sərmayədarlar iqtisadiyyatın müxtəlif sahələrinə böyük həcmdə investisiyalar yatırırlar. Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində vurğulayıb ki, Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb edilib. Təbii ki, bu və digər müsbət işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin dünyadakı imicini daha da möhkəmləndirir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızı rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerə layiq görüb.

“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, dövlət başçısı ölkəmizə daha çox sərmayənin cəlb edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə məmurlar, yerli icra orqanları qarşısında mühüm vəzifələr qoyub. Azərbaycan Prezidentinin tapşırığı ilə həyata keçirilən mühüm tədbirlər nəticəsində ölkəmiz öz iqtisadi potensialını şaxələndirib. Artıq qeyri-neft sektoru iqtisadiyyatın 65 faizini təşkil edir. Buna baxmayaraq qarşıda duran əsas vəzifələrdən biri ixracda şaxələndirmənin təmin edilməsidir. Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaq: bu və ya digər rayona nə qədər sərmayə gətirilib. “Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər”, - deyən dövlətimizin başçısı bununla yerli icra orqanları qarşısında mühüm vəzifələr qoydu. Yerli icra orqanları bu işdə daha məsuliyyətli olmalı və qarşıya qoyulan vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirməlidirlər. Çünki Prezident İlham Əliyevin vurğuladığı bu tezislər gələcək inkişaf strategiyasının prioritetləridir.

Tarix
2017.04.21 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla