Yuxarı

Marqvelaşvili: "Əliyevanın I vitse-prezident təyin olunması..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili aprelin 21-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəni qəbul edib.

Axar.az xəbər verir ki, prezident deyib: Azərbaycan Gürcüstanın yaxın dostu və strateji tərəfdaşıdır. Dövlətlərimiz və xalqlarımız arasında mənəvi sahədə də möhkəm əlaqələr var: “Biz regionda sülhün və əmin-amanlığın möhkəmlənməsində dini liderlərin rolunu yüksək qiymətləndiririk və bu baxımdan sizin Gürcüstana səfəriniz mühüm əhəmiyyət kəsb edir. Gürcüstan tolerant ölkədir və dini radikalizmə, din adından istifadə edərək sabitliyin pozulmasına qarşıdır. Biz bu sahədə də birgə mübarizə aparmalıyıq”.

Prezident Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirib.

Giorgi Marqvelaşvili Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə vitse-prezident vəzifəsinin təsis edilməsini, xanım Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını demokratik dövlət quruculuğu istiqamətində mühüm hadisə və çox önəmli addım kimi dəyərləndirib. O, salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Allahşükür Paşazadə öz növbəsində Azərbaycan Prezidentinin salamlarını Gürcüstan dövlətinin başçısına çatdırıb.

QMİ sədri deyib ki, Azərbaycan tolerant ölkədir və qonşu dövlətlərlə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu gün hər iki ölkənin dini liderləri arasındakı dostluq və qardaşlıq münasibətləri bizə digər sahələrdə də əməkdaşlığı genişləndirməyə, radikalizmə, terrorizmə, din adından istifadə edənlərə qarşı birgə mübarizəyə geniş imkanlar yaradır. Şeyxülislam dinlərarası dialoqun inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, təşkil olunan beynəlxalq forumlar və konfranslar barədə geniş məlumat verib. Gürcüstanda da dini mövzularda beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Söhbət zamanı dini liderlər, konfessiya rəhbərləri arasında mütəmadi görüşlərin təşkilinin, gənclər üçün maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə regionda mövcud olan münaqişələr də diqqət mərkəzində olub və bu münaqişələrin həllində dini liderlərin rolunun artırılmasının vacibliyi qeyd olunub.

Tarix
2017.04.21 / 20:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla