Yuxarı

Türk şirkətinin Bakıya xəyanətinə - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pegasus”un bu addımı Bakı üçün xoşagələn hal deyil və biz bunu irad olaraq Türkiyənin diqqətinə çatdırmalıyıq.

Bu sözləri Axar.az-a Türkiyənin məşhur aviaşirkəti olan “Pegasus”un İstanbuldan İrəvana uçuş həyata keçirmək qərarına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili “Pegasus”un bu addımını indiki şəraitdəAzərbaycan üçün məqbul saymadığını qeyd edib:

“Görünür, Türkiyədə yaşayan ermənilərin maraqları əsas götürülərək belə bir addım atılıb. Azərbaycan Türkiyənin daxili işlərinə qarışmır, ancaq bu addımı məqbul hesab etmirik. Bu, Bakının maraqları baxımından düzgün deyil. Çünki Türkiyə Ermənistanın işğalçı siyasətinə qarşı İrəvanın iqtisadi blokadada qalmasına köməklik göstərməlidir. Düzdür, hazırda vacib olan Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurmamasıdır. Ancaq istənilən halda “Pegasus”un bu addımı Bakı üçün xoşagələn hal deyil və biz bunu irad olaraq Türkiyənin diqqətinə çatdırmalıyıq”.

Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı sözügedən qərarı kəskin qınayıb:

“Pegasus” onsuz da indiyə qədər İrəvana iki dəfə uçuşlar həyata keçirib. Görünür, o vaxt adekvat reaksiya verməməyimiz indi “bəhrəsini” göstərir. Türkiyədə elə şirkətlər ola bilər ki, ki, başında ermənilər dayanar və öz qazanclarını dövlət maraqlarına qurban verməzlər. Bu gün İstanbulda 100 minə yaxın erməni çalışır və tərbiyəçi olaraq Türkiyədə evlərə buraxılırlar. Halbuki vaxtilə Türkiyədə evlərdə tərbiyəçi işləyən erməni qadınları çoxlu türk kişilərini əbədi şikəst etdiklərini və onların heç vaxt övladının olmayacağını etiraf ediblər və bunlar tarixi faktlardır. Buna baxmayaraq, bu gün erməni qadınları Türkiyədə uzun müddət sərbəst çalışırlarsa, Gürcüstan üzərindən Türkiyə və Ermənistan iqtisadi əlaqələri varsa, sabah sərhədlər açılsa, təəccüblənmərəm. Hər halda, Türkiyə rəsmiləri özlərinin qəbul etdikləri gərək Qarabağ şərtini heç vaxt unutmasınlar”.

Qeyd edək ki, ucuz aviabiletləri ilə məşhur olan Türkiyənin tanınmış hava yolları şirkətlərindən “Pegasus” iyunun 1-dən etibarən İstanbuldan İrəvana birbaşa reyslər həyata keçirəcək.

Tarix
2017.04.22 / 22:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla