Yuxarı

Fransada erməniləri sevən xanım qalib gələrsə... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada seçkilərlə bağlı proqramı izləyirəm. Marin Le Penin və partaiyasının bu qədər güclənməsi təkcə Avropaya deyil, bütün dünyaya mesajdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Fransada prezident seçkilərinin birinci turunun ilkin nəticələrinə münasibət bildirərkən yazıb. O qeyd edib ki, Fransada radikallar güclənir:

“Əslində, Avropanın əksər ölkələrində radikallar güclənir... Avropada müsəlmanlara, o cümlədən türklərə qarşı aqressiv mövqedə olanların güclənməsi təəssüf və ciddi narahatlıq doğurur. Bütün Avropa və dünya üçün yaxşı heç nə verməyəcək gərginlik artacaq”.

Qeyd edək ki, Marin Le Pen ultrasağçı liderdir. O, miqrantlara qarşı kəskin mövqeyi ilə seçilir. Fransanın AB-dən çıxması üçün hər şeyi edəcəyini bildirən yeganə prezidentliyə namizəddir.

Hazırda səslərin 50 faizdən çoxu sayılıb və Le Pen 24,1 faizlə liderlik edir.

Le Pen həmçinin erməni sevgisi ilə seçilir. O, “Dağlıq Qarabağı Ermənistana birləşdirilməklə, bu problemi həll etmək olar” deyə beynəlxalq hüququ heçə sayan açıqlaması ilə məşhurdur.

7 mayda keçiriləcək seçkilərin ikinci turunda Le Penin rəqibi Makrona məğlub olacağı proqnozlaşdırılır. Belə ki, ikinci tura keçməyən namizədlərin bir çoxu artıq Makronu dəstəklədiyini açıqlayıb.

Tarix
2017.04.24 / 00:47
Müəllif
Aytac Qədirova
Oxunub
5 053
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla