Yuxarı

Elmar Qasımov: Azərbaycan böyük uğur qazanıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda neft strategiyasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda ölkəmizdə bu siyasət uğurla inkişaf etdirilir. Azərbaycan təkcə neft hasilatı sahəsində deyil, neft emalı və neft-kimya komplekslərinin tikintisində də böyük uğur qazanıb. Bu gün ölkəmiz artıq neft hasilatından neft emalı, neft-kimya məhsullarının istehsalçısına çevrilib. Bu da bizim gələcəkdə daha çox böyük gəlir əldə etməyimizə şərait yaradacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov deyib.

E.Qasımov bildirib ki, Bakıda keçirilən, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” mövzusunda forum üç gün müxtəlif bölmələrdə işini davam etdirəcək. İkinci ildir təşkil edilən forumda 18 ölkədən yüzdən çox nümayəndənin iştirak etdiyini diqqətə çatdıran rektor tədbirdə 70-dən çox şirkətin təmsil olunduğunu vurğulayıb. Qeyd edilib ki, forumda ticarət, logistika, neft emalı, neft-kimya sahəsində səmərəli fikir mübadiləsi aparılacaq.

Forumda ölkəmizdə müasir texnologiyalar əsasında tikilən yeni neft kimya komplekslərinin rəhbərləri də iştirak edirlər. Bu komplekslər Azərbaycanın yeni neft kimya sahəsinin yeni müəssisələridir. Builki forumun yeniliklərindən söz açan E.Qasımov bildirib ki, ötən il tədbirdə neft hasilatı və neftin daşınması məsələləri müzakirə olunub. Bu il isə neft emalı və neft kimyası daha çox diqqəti cəlb edir. Azərbaycanda artıq neft emalı sahəsində bir sıra yeniliklərə imza atılıb.

Azərbaycanın hazırda dünyanın logistika mərkəzlərindən birinə çevrildiyini deyən BANM-in rektoru bu sahədə ölkəmizdə çox böyük işlərin aparıldığını deyib. Qeyd olunub ki, forumun bir bölməsi bu sahəyə həsr olunub və tədbirdə logistika ilə məşğul olan şirkətlərin rəhbərləri də iştirak edirlər.

Tarix
2017.04.25 / 23:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla