Yuxarı

Le Pen uğurunun sirri: Fransa onlardan qorxur...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransadakı seçkilərin nəticələri sürpriz sayıla bilməz. Sosioloji sorğu mərkəzləri ABŞ-dakı məlum seçkilərdən sonra etibarlılıq baxımından həddindən artıq zərbə aldılar. Bəllidir ki, əksər hallarda söhbət müxtəlif qurumların siyasi institutlarının, beyin mərkəzlərinin cəmiyyətin rəyinə məqsədyönlü şəkildə təsir göstərmək üçün yönləndirdiyi vasitələrdən gedir. O üzdən hansısa namizədin yeri, ona münasibət də tendensiyalaşıb. Burada da prosesi bəlli mərkəzlər məqsədyönlü şəkildə idarə edirlər. Fransada bu seçki ilə paralel, cəmiyyətdə mövcud olan müxtəlif institutlar da sanki sınağa çəkildilər.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili Fransada seçkilərin I turunun nəticələri ilə bağlı dərin analizlərə ciddi ehtiyac olduğunu bildirib:

“Fransa cəmiyyətində də böhranın əlamətləri güclü şəkildə hiss olunur. Tanınmış ədəbiyyat və incəsənət xadimləri qeyd edirlər ki, ayrı-ayrı maliyyə, bank mərkəzləri, korporasiyalar, hərbi institutlar xalqın iradəsini ələ keçiriblər. Belə olan təqdirdə görünənlər sadəcə tamaşadır, namizədlər də sanki epizodik simalardır. Hətta bir çoxları vurğulayır ki, sağ mərkəzçi qüvvələrin radikallığı haradan qaynaqlanır. Əslində, elə həmin prosesi törədən hakimiyyətin əsas qüvvələridir. Onlar etibarı sarsıdırlar, ancaq müxtəlif qüvvələri guya indiki halda Marin Le Pen ətrafında cəmləşdirirlər. Cəmiyyət də guya hakimiyyətdən qopduğu halda əks qüvvələrin tərəfdarına çevrilir. Ancaq ikinci turda hətta ən zəif qüvvə belə sağçılara qalib gələcək. Belə bir tarix mövcud olub. Böhranın əlamətləri harada hiss olunur?

Birincisi, terror Avropa cəmiyyətlərinin düşüncəsində dərin izlər buraxıb. Buna qarşı əks dirənişlər var.

İkincisi, Fransa cəmiyyətində müsəlmanların sayı artıqca onların gələcək idarəetmə sistemində mühüm mövqelərə çıxacaqları haqda qorxu var. Gerçəkdən də fransızlar bunu çox böyük təhlükə kimi yaşayırlar. O üzdən faşizm tendensiyaları mövcuddur. Ancaq Le Peninin Hitlərə bənzədilməsi doğru deyil”.

Millət vəkili vurğulayıb ki, Fransa seçkilərində göstərilən nəticə mahiyyət etibarilə dövlət sistemini güclü şəkildə yeniləməyəcək, çünki elita dəyişilməz olaraq qalır:

“Amerika seçkilərinin nəticələri göstərdi ki, çəkindirmə üzrə balans funksiyalı sistemlərdə birinci şəxslər çox az dəyişikliklərə qadir olurlar. Hər kəs anlayır ki, Fransa mədəni dünyaya verdiyi töhfə ilə bərabər, Avropa arealında Almaniyanın aparıcı rolunu əvəzləyə bilmir. Emmanuel Makronu ona görə Rotşildlərin namizədi hesab edirlər ki, o, 2008-ci ildən sonra məlum milyarderin bankına rəhbərlik edib, sonra Ollandın komandasına gətirilib, administrasiyada təmsil olunub və ən sonda 36 yaşında iqtisadi inkişaf naziri təyin edilib və sanki heçdən yeni bir lider çıxarılıb. Partiyalı sistemlərdən deyil, məhz müstəqil bir namizədin “İrəli” hərəkatını yaradaraq meydana çıxması və bu cür uğur qazanması şübhəsiz ki, təkbaşına mümkün deyil. Deməli, Makronun gərəksiz və müxtəlif hücumlardan qorunması təmin edilirsə, burada hakimiyyət elitaları, böyük maliyyə mərkəzlərinin gizli razılaşmaları mövcuddur. O üzdən siyasət yenə də konsperativ işə çevrilir və bəlli olur ki, Avropa həyatında da xalqın iradəsi anlayışı xeyli mahiyyətini itirib”.

Z.Oruc hesab edir ki, Makron şəksiz qalib gələcək, çünki Fransadan kənarda olan qüvvələr ikinci Tramp zəlzələsini yaşamaq istəmirlər:

“Onlar düşünürlər ki, Avropa Birliyini təkrar gücləndirmək lazımdır. 7 maya qədər Le Penin bütün xalqın maraqlarını öz çevrəsində təmərküzləşdirə bilmək imkanı yoxdur. Odur ki, 7 milyonluq səs, eyni zamanda, solçu olmasına baxmayaraq, radikalları təmsil edən, kommunist və böyük səs platforması olan Melanşonun tərəfdarları sağ mərkəzçilərin mövqeyinə gələcəklər. Hər hansı bir fors-major situasiyası baş verməsə, Makronun qalibiyyəti təmin ediləcək. Ancaq Fransanın siyasətində köklü dəyişikliklərin baş verəcəyi sual altındadır. Hakimiyyətlər, xüsusilə də böyük pul kütləsinə sahib olanlar dövlət maşınını elə ələ keçiriblər ki, orada qeyd olunan səviyyədə xalq demokratiyasını bərqərar etmək mümkün deyil. Sentyabrda Almaniyada parlament seçkiləridir və mümkündür ki, federal kansler elə Merkel, yaxud da Şults olacaq. Hər halda Fransa seçkilərinin nəticələri ümumən Avropadakı proseslərə ton verir, onu müəyyənləşdirir. O üzdən Makronun qələbəsi ortadadır və bundan sonra radikalları, ən sərt faşist təmayülündə dayananları, solçuları da təzədən ölkənin mənafeyi naminə birləşdirmək gərək olacaq. Ancaq cəmiyyətdəki parçalanmanı tam aradan qaldıracaq lider yoxdur”.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turunun nəticələrinə əsasən, Emmanuel Makron və ultrasağçı radikal lider Le Pen 7 mayda keçiriləcək ikinci turda mübarizə aparacaq.

Tarix
2017.04.26 / 08:50
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla