Yuxarı

Avropa Türkiyədən üzr istəyəcək, çünki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, Türkiyəyə qarşı yönələn siyasətin tərkib hissəsidir.

Bu sözləri Axar.az-a AŞPA-nın Türkiyədə monitorinqi bərpa etmək qərarını şərh edən millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili qeyd edib ki, Avropanın müəyyən dairələri, ayrı-ayrı ölkələrin hakim siyasi komandaları vaxtaşırı antitürk mövqeyi ilə çıxış edirlər:

“Qərb Türkiyəni Ümumavropa evindən çıxartmağa cəhd edir. Türkiyədə keçirilən referenduma aşağı qiymət verilməsi, Türkiyənin insan hüquqlarının pozulmasında istifadə edilməsinin heç bir əsası yoxdur. AŞPA-nın prosedur qaydalarını kobud surətdə pozaraq Türkiyəni monitorinq prosesinə qaytarmaq istəməsi qardaş ölkəni aşağılayacaq bir qərardır. Aydın məsələdir ki, Türkiyə bunu qəbul etməyəcək. Türkiyə bu gün Avropa dəyərlərini yaradan və onu qoruyan ölkələrdən biri kimi tanınır.

Antitürk dairələri birbaşa Türkiyəni regional və dünya siyasətinə təsir etmək imkanlarından məhrum etməyə çalışır. Bütün bunların hamısı əbəsdir. Qardaş ölkənin min illərdən gələn tarixi, oturuşmuş dövləti, çox ciddi və obyektiv milli maraqları var. Antitürk dairələrin bu maraqlara hörmət etməkdən başqa variantı yoxdur. Hesab edirəm ki, Türkiyəyə qarşı bu qeyri-obyektiv qərarı qəbul edənlər buna görə qardaş ölkədən üzr istəyəcəklər.

Azərbaycan bu çətin günündə Türkiyənin yanındadır. Çünki Azərbaycan da vaxtaşırı AŞPA-nın müəyyən qruplarından özünə qarşı təzyiqlər hiss edir. Uydurma siyasi məhbus oyunu, Kristofer Ştrasserin Azərbaycan dövlətçiliyini kobudcasına təftiş etmək cəhdləri və ən sonda Türkiyəyə qarşı bu qərəzli addım göstərir ki, Avropada islamafobiya güclənməkdədir. Bir sözlə, Avropanın özünün yenilənməsinin, yeni təfəkkürə sahib çıxmasının zamanı gəlib çatıb”.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərar verib.

AŞPA Türkiyəni siyasi nəzarət prosesindən 2004-cü ildə çıxarmışdı.

Tarix
2017.04.26 / 16:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla