Yuxarı

Elmar Məmmədyarov: "O, zor gücünə dövlətlərin..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərə mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

Florans Manjən Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Fransaya baş tutan səfərinin məhsuldar olduğunu deyib və ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, həmçinin Fransa şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sferalarında, xüsusən də kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində işləməkdə maraqlı olduqlarını qeyd edib.

Nazir Elmar Məmmədyarov enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın mövcudluğunu misal çəkib, digər sahələrdə də fransız şirkətlərinin fəaliyyəti üçün əlverişli imkanların olduğunu bildirib. Nazir TAP layihəsi, eləcə də Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə görülən işlər, habelə bu layihələrin perspektivlərindən danışıb.

Florans Manjən iki fransız bankının sözügedən layihələrin maliyyələşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında saziş layihəsi üzrə aparılan danışıqlara toxunub. Fransalı diplomat ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini və bu sazişin tezliklə imzalanmasını dəstəklədiyini bildirib.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən danışıb. Həlli uzadılmış münaqişələrin nizamlanmasına münasibətdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi vahid prinsiplərdən çıxış edilməsinin vacibliyini bildirib. O, zor gücünə dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməzliyini, bunun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb. Nazir, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdikləri kimi, indiki status-kvonu qəbuledilməz və qeyri-davamlı olduğunu qeyd edib.

Tarix
2017.04.26 / 19:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla