Yuxarı

"Erməni xalqı cinayətkar rejimin girovuna çevrilib"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 26-da Rusiyanın populyar pravda.ru internet-portalında “Əli Həsənovun kitabları: Xocalı faciəsindən Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru” sərlövhəli məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə oxucuların diqqəti Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun bu yaxınlarda səkkiz dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində) çapdan çıxmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitablarına cəlb edilir.

Kitablardan biri “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlanır. Materialda qeyd edildiyi kimi, müəllif bu kitabda Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi təcavüzü, iki əsr ərzində erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlar, o cümlədən Xocalı soyqırımı barədə yazır.

“Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlanan digər kitabda ermənilərin azərbaycanlılara qarşı dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə törətdiyi soyqırımları və etnik təmizləmə siyasəti çoxsaylı mənbələr, o cümlədən Rusiyadakı tarixi məxəzlər əsasında təhlil edilir.

Materialda müəllifin özünün bu kitablar barədə aşağıdakı sözləri sitat gətirilir: “Biz dünya ictimaiyyətinə demək istədiklərimizi yığcam, sistemli şəkildə kitablarda təqdim etmişik”. Əli Həsənov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə təşəkkürünü bildirib.

Müəllif yazır: “Bu kitablar düşmənçilik, qisasçılıq aşılamır. Erməni xalqı özü də cinayətkar Ermənistan hakimiyyətinin girovuna çevrilib. Bu kitablarda sülh çağırışı, Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluq şəraitində yaşamağa çağırış var. Bununla belə, biz Xocalıda xalqımızın başına gətirilən soyqırımını heç vaxt unutmayacağıq. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli istiqamətində yorulmaz fəaliyyətini davam etdirir və bu məsələ tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”.

Materialın tam mətnini aşağıdakı linkdə oxuya bilərsiniz:

https://www.pravda.ru/news/world/formerussr/25-04-2017/1331840-gasanov-0/

Tarix
2017.04.26 / 20:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla