Yuxarı

XİN-dən Zaxarovanın Azərbaycan mediasını təhqirinə cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlaşıqla qəbul etmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın keçirdiyi brifinqdə azərbaycanlı jurnalistin sualına reasksiyası haqda danışarkən deyib.

"Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib. O, APA-nı təmsil edən Fərid Əkbərovun 2014-cü ilin dekabrında qondarma “DQR” məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq kəsərək, Azərbaycan media nümayəndələrinin ünvanına qeyri-etik ifadələr işlədib.

Tarix
2017.04.28 / 11:49
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla