Yuxarı

Zaxarovanın Azərbaycan mediasına təhqiri – Mətn

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Rusiya XİN-də təşkil edilən konfransda mətbuat katibi Mariya Zaxarovanın APA İnformasiya Agentliyinin Moskva təmsilçisi Fərid Əkbərovun sualını kəsməsi və təhqiredici ifadələri ciddi şəkildə müzakirə olunur.

Axar.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və XİN təmsilçisi Hikmət Hacıyevin, o cümlədən politoloqların da reaksiya verdiyi olayla bağlı sosial şəbəkələrdə mübahisələr səngimir. Bəziləri hətta M.Zaxarovanın heç də aşağılayıcı ifadədən istifadə etmədiyini deyir. Əksinə, Bakı-Moskva əlaqələrinə ziyan vurmaq istəyən bu cür yazıların hədəfinə çata bilməyəcəyi haqda Zaxarovanın sözlərini təqdir edirlər.

Maraqlıdır ki, M.Zaxarovanın cavabında bir neçə dəfə “xamstvo” (“xamskiye” və s.) sözü də yanlış olaraq “xamlıq” kimi tərcümə edilir.

Müzakirələri nəzərə alaraq, sual-cavabı olduğu kimi təqdim edirik:

F.Ə.: Mənim sualım Rusiya XİN-nin İnformasiya Departamentinin direktor müavini cənab Kojının yazılı cavabı ilə bağlıdır – Dilqəm Əsgərovla bağlı olaraq. 24 aprel tarixində dərc olunan cavabında cənab Kojan humanitar əsaslarla onun Rusiya vətəndaşı olduğunu nəzərə alaraq, onunla bağlı veriləcək qərarları yüngülləşdirmək səyi ilə çıxış etdi. Bu səylər haqda daha ətraflı məlumat almaq istəyərdik. Dilqəm Əsgərovun vəziyyəti Lapşinin vəziyyətindən fərqlənir. Lapşin qeyri-qanuni...

M.Z.: Sözünüzü kəsirəm, azərbaycanlı dostlarım mənə linklər yollayır, özüm də görmüşəm. Azərbaycan kütləvi informasiya vasitələrindəki materiallarla tanış olmuşam, onlar sadəcə ədəbsiz (işlənmə yerinə görə bu söz “həyasız” kimi də tərcümə edilir – red.) məqalələrdir. Bu məqalələr analizsiz, araşdırmasız - fərq etməz konstruktiv və ya qeyri-konstruktiv olsun - həyasız məqalələrdir. Bütün bunlardan sonra siz bizdən ətraflı məlumat istəyirsiz? Düzünü deyim ki, belə yazılardan sonra heç sizinlə ünsiyyətdə belə olmaq istəmirik. Biz mətbuatla daha da açıq olmağa çalışırıq, amma bağışlayın məni, heç kimə həyasızlıq etmək icazəsi verilməyib. Buna görə də istənilən mövzuda olan suallarla bağlı məlumatın çatdırılmasını xoş qarşlayırıq. Əgər sizi nəsə maraqlandırırsa, sizə ətraflı məlumat verməyə hazırıq. Lakin qiyabi və ya əyani jurnalistlərlə ünsiyyətdə olmaq istəyi heç yoxdur, sözün düzü. Əgər imkanınız olsa – bilirəm ki, burda çoxsaylı azərbaycanlı jurnalist var, xahiş edirəm, öz həmkarlarınıza çatdırın.

F.Ə.: Mariya Zaxarova, mən Azərbaycanın APA agentliyini təmsil edirəm...

M.Z.: Biz sizi maraqlandıran suallar haqda cavabları sizə çatdıracağıq.

F.Ə.: Çox sağ olun.

M.Z.: Amma bir daha təkrar edirəm, mənim xahişim qüvvədə qalır. Lütfən, Azərbaycan KİV-ləri Rusiya XİN-nin cavablarını olduqca ədəbsiz göstərib. Bu, jurnalistika deyil. Bu həyasızlıqdır. Mən bunu başqa cür xarakterizə edə bilmərəm. Mənim azərbaycanlı dostlarım da bu cür düşünür. Hətta bu cür danışıq tərzinə görə onlar məndən üzr də istəyiblər. Başa düşürsünüz, bir var ki, cəmiyyəti məlumatlandırasan, bir də var ki, problemli, çətin suallardan istifadə edərək, iki ölkə arasındakı münasibətlərə ləkə vurmaq, od vurmaq istəyəsən. Onlar buna nail ola bilməyəcəklər. Sizi inandırıram ki, heç bir məqalə Bakı–Moskva münasibətlərini korlamaq iqtidarında deyil - hələ ki, bu yazılar insanlar arasında münaqişə yaratmaq məqsədi daşıyır. İnsanlar daha müdrikdir. Amma bu, hansısa neqativ bir hala gətirib çıxara bilər. Niyə onlar bunu edir, hansı maraqları var? Bu suala cavab verməkdə çətinlik çəkirəm. Belə yazılarla iki ölkə arasındakı münasibətləri korlamağa niyə cəhd edilir, onu da anlamıram. Özlərindən soruşun ki, bu tip yazılar Azərbaycanın özünə fayda verirmi? Mənə elə gəlir ki, yox.

Tarix
2017.04.28 / 13:05
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla