Yuxarı

Kreml buna əmin olmaq istədi - Moskva görüşü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva görüşünün bir mənası var idi, o da Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünün nəticəsini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi hesab edir ki, bu görüş də nəticəsiz qaldı:

“Görüşün yekunları ilə bağlı yayılan bəyanatda əsas fikir bundan ibarətdir: “Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar”. Məgər prezidentlərin 2016-ci ildə Vyana və Sankt-Peterburq görüşlərində hansısa razılıq əldə olunub? Yeganə şifahi razılıq o olub ki, danışıqlar davam etdirilsin və atəşkəsə riayət olunsun. Bunun nəyi razılıqdır? Əksinə, bu bizim maraqlara zidd olan status-kvonun uzanması deməkdir. Moskvadakı görüşün bir mənası var idi, o da Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi. Moskvanın buna əmin olub-olmadığını gələcək aylar göstərəcək”.

Qeyd edək ki, Rusiya, Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb. Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmların icrasının vacibliyini vurğulayıblar.

Tarix
2017.04.28 / 15:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla