Yuxarı

Auqilis: "Bakı bizim potensial tərəfdaşımızdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cənubi Qafqaz regionunda nəqliyyat və logistika sahəsində Latviyanın mühüm potensial tərəfdaşıdır. Bunu Latviyanın Yollar naziri Uldis Auqulis Azərbaycanın Riqadakı səfiri Cavanşir Axundovla görüşündə deyib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan və Latviya arasında nəqliyyat və rabitə sahəsində əməkdaşlıq məsələləri, habelə hökumətlərarası komissiyanın iclasının keçirilməsi vaxtı müzakirə edilib.

Nazir Azərbaycan ərazisindən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yükdaşımaların inkişafında böyük potensial gördüyünü qeyd edib. “Biz Yaxın Şərq və Cənubi Asiya ölkələrinə (Pakistan, Hindistan), habelə İran və Azərbaycana Baltik dənizindən Avropa İttifaqı bazarına keçməyi təklif edirik”, - deyə U.Auqulis diqqətə çatdırıb.

Görüşdə vurğulanıb ki, artıq Latviya Azərbaycan ərazisindən Hindistandan konteyner yükdaşımaları üçün yeni marşrutlar üzərində fəal işləyir, Şimali Avropaya yüklərin Latviya limanları vasitəsilə daşımasını təklif edir.

Səfir Cavanşir Axundov deyib ki, Şimal-Cənub dəhlizinin inkişafı Azərbaycan üçün yüksək prioritetdir. Səfir Latviya və Azərbaycan arasında ticarət əlaqələrinin fəallaşdırılmasının zəruriliyini vurğulayıb.

Tarix
2017.04.28 / 23:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla