Yuxarı

Moskva görüşünün nəticəsi: Müharibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moskvada Rusiyanın təşəbüsü ilə keçirilən Azərbaycan və Ermənistan XİN başçılarının nəticəsiz görüşü bir daha müharibə ehtimalını gündəmdə saxladı.

Bu sözləri Axar.az-a Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloqun sözlərinə görə, Moskva görüşü Rusiyanın növbəti diplomatik avantürası olmaqla yanaşı, imitasiya xarakter daşıyır:

“Azərbaycan Moskvanın atəşkəs rejiminin qorunması çağrışlarına birmənalı şəkildə şərt qoymalıdır. Çünki 20 ildən artıqdır ki, diplomatik fəaliyyət uğursuz olub və bir rayon da geri qaytarılmayıb. Azərbaycan bundan sonra da Kremlin təşkil etdiyi bu kimi danışıqlardan ciddi nəticələr gözləməməlidir. Rusiya atəşkəsi qorumaqla regionda öz təsirini saxlayır. Hazırda Ermənistan heç bir güzəştə hazır deyil. Cəbhə xəttində üçüncü müdafiə xəttini qurmaqla, güclü şəkildə mühəndis istehkam işləri aparırlar. Bu, vəziyyəti daha da mürəkkəbləşdirir”.

Politoloq Qarabağ münaqişəsinin artıq çox çətin bir mərhələdə olduğunu qeyd edib:

“Hazırda məsələ üzrə diplomatik danışıqlar yolu tükənib. Çünki Ermənistan substantiv danışıqlarda maraqlı deyil. Rusiya isə Ermənistanı əvvəlkindən də çox müdafiə edir. İslam Oyunlarından sonra Qarabağ probleminin həllində növbəti mərhələ gözlənilir. Hesab edirəm ki, Moskva görüşünün nəticəsiz sonlanması Ermənistanın Qarabağın statusunun ərazilərin boşaldılması ilə eyni mərhələdə həll olunması şərtini irəli sürməsi ilə bağlıdır. Görünür, Rusiya da Ermənistanın bu şərtini dəstəkləyir”.

Qeyd edək ki, Rusiya, Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü başa çatıb. Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmların icrasının vacibliyini vurğulayıblar.

Tarix
2017.04.29 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla