Yuxarı

Ədliyyə Nazirliyinin bu qərəzi… – ÜAK bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:23

Axar.az Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti professor Fazil Qurbanovun Konqresin ləğvi qərarı haqda bəyanatının tam mətnini təqdim edir:

“2017-ci il mayın 15-də Rusiya Ali Məhkəməsi Azərbaycan diasporunun ən böyük təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi haqqında görünməmiş qərar qəbul etdi.

Bu təşkilat öz sıralarında Rusiyanın demək olar ki, bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını birləşdirən, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin və Azərbaycan Prezidenti Heydər Əlirza Oğlu Əliyevin təşəbbüsü ilə 2001-ci ildə qurulan qurumdur.

Fəaliyyət göstərdiyi 16 il ərzində təşkilat Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsi və inkişafı, Rusiyada millətlərarası həmrəyliyin yaranmasında və vətəndaş sülhünün möhkəmlənməsində böyük rol oynayıb.

Təşkilatın fəaliyyətində mühüm yerlərdən birini də soydaşlarımızın Rusiya Federasiyası qanun, adət və mədəniyyətinə adaptasiyasına nail olmaq idi. Bu gün Konqresin regional təşkilatları regional və yerli hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyət zamanı müasir dövrün çağırışlarına operativ reaksiya verərək olduqca böyük iş görür.

Lakin qeyd etmək lazımdır ki, ötən illərdə təşkilatın fəaliyyətində və tələb olunan sənədlərin rəsmiləşdirilməsi prosesində müəyyən səhvlərə yol verilib. Rusiya Federasiyası Ədliyyə Nazirliyinin məktublarına operativ reaksiya olmayıb, bəzən iclasların keçirilmə vaxtı təşkilatın Mərkəzi Şurasının tələbinə uyğun olmayıb, məsələn, 2016-cı ildə 25 noyabrda baş tutmalı olan görüş noyabrın 26-na keçirilmişdi və bu kimi digər texniki nöqsanlar vardı.

Bununla yanaşı, Rusiya Federasiyası Ədliyyə Nazirliyi əsassız ittihamlarla regional iclaslar haqda müxtəlif iradlar irəli sürüb, amma bu iradlar (hətta onların əsaslı olsa belə) regional toplantılarda qəbul edilmiş qərarların legitimliyinə təsir göstərməyib. Onu da qeyd etmək istəyirəm ki, bu iradlar Konqresin mərkəzi orqanı ilə əlaqələndirilə bilməz.

Rusiya Federasiyası Ədliyyə Nazirliyi bu iradların əsassız və yanlış olduğu ilə bağlı aparılan araşdırma məktublarının heç birini qəbul etmədi. Bu dörd ay ərzində nazirlik iradlarına olunan etirazları nəzərə almamaqla yanaşı, Konqresin fəaliyyətində yeni səhvlər tapmağa çalışdı. Bütün bunlar göstərir ki, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin vəzifəsi təşkilata səhvlərini düzəltmək üçün köməklik etmək, sənədlərin yoluna qoyulması istiqamətində yol göstərmək deyil, ilk füsrətdə Rusiya xalqının ayrılmaz hissəsi olan çoxsaylı insanın Konqresini ləğv etmək idi. Bu isə yolverilməzdir!

Ən əsası odur ki, Rusiya Federasiyası Ədliyyə Nazirliyi təşkilatın fəaliyyəti ilə bağlı heç bir ittiham irəli sürməyib! Bu çox mühüm bir məqamdır!

Deməli, Rusiya Federasiyası Ədliyyə Nazirliyi təşkilatın Rusiya və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri, hüquqi müstəvidə azərbaycanlıların Rusiyaya inteqrasiya olunmasındakı xidmətlərini bəyənir. Əslində, irəli sürülən bütün ittihamlar (əsaslı və əsassız) sırf texniki xarakter daşıyır və təşkilatın qarşısındakı bütün problemlərin uğurla həll edilməsi, fundamental vəzifələrin icrası ilə heç bir əlaqəsi yoxdur.

Məhkəmədə biz əvvəllər yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində təşkilatın yeni rəhbərliyinin artıq böyük işlər gördüyünü, gələcəkdə bu cür səhvlərin təkrarlanmasını istisna edən tədbirlər kompleksinin hazırlandığını bəyan etdik. Lakin əvvəlcədən artıq verilmiş qərar məhkəmə yolu ilə reallaşdırıldı.

Mən son dövrlərdə Rusiyadakı azərbaycanlılara qarşı ekstremist qüvvələrin aktivləşdirilməsi ilə bağlı Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iş apardığı haqda müxtəlif KİV-lərdə yayılan xəbərlərin həqiqətə uyğun olmadığından əminəm. Həmçinin əminəm ki, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin fəaliyyət interpretasiyası Azərbaycan rəhbərliyinə qarşı siyasi təzyiq aləti deyil. Bu gün Rusiya və Azərbaycan prezidentləri arasında olan şəxsi münasibətlər istənilən problemin aradan qaldırılmasına kömək edir.

Bunu təşkilatın sənədləşdirilməsində yol verilən səhvlərin fonunda Rusiya Federasiyası Ədliyyə Nazirliyinin orta həcmli kəsiri kimi qəbul edirəm.

Rusiya Ali Məhkəməsinin qərarı böyük narahatlıq doğurur. Mən Ali Məhkəmənin qərarını nöqsanlı və səmərəsiz hesab edirəm. Çünki əslində söhbət Rusiya azərbaycanlılarının vətəndaş hüquqlarının sıxışdırılması barədə gedir.

200 ildən çoxdur ki, Rusiya xalqı ilə çiyin-çiyinə yaşayan, heç bir terror və ya provokasiyada adı keçməyən, illərdir eyni tarixi-coğrafi dəyərləri qoruyub saxlayan bir xalqın ictimai diaspor təşkilatını sənədləşmənin aparılmasında funksionerlərin yol verdiyi nöqsanlara və səhvlərə görə ləğv etmək olmaz.

Son qurultayda təşkilatın rəhbərliyi, əsas tezislər, təşkilati vəzifələr yenilənib. Təşkilatın fundamental yenidənqurmasının təşkili hədəf götürülüb - təkcə struktur deyil, həm də funksional cəhətdən.

Təşkilat soydaşlarımızın öz doğma evinə çevrilməli, onun vətəndaş hüquqlarını müdafiə etməli, Qarabağ münaqişəsi haqqındakı həqiqətləri, Azərbaycan xalqının tarixi, onun zəngin mədəniyyəti barədə geniş məlumatları Rusiya ictimaiyyətinin diqqətinə çatdırılmalı idi. Və ən əsası, Rusiya və Azərbaycanın qarşılıqlı maraqları müstəvisində genişlənməyə nail olmalı idi.

Amma təəssüf ki, bizi eşidən olmadı.

Ali Məhkəmənin qərarı ağır nəticələrə gətirib çıxara bilər.

Regional və yerli təşkilatların rəhbərlərinə müraciət edərək, əmin-amanlığı qoruyub saxlamalarını, ekstremist qüvvələrin təxribatçı informasiyalarına uymamağı xahiş edirəm.

Biz Ali Məhkəmənin qərarını tamamilə rədd edirik!

Ümid edirik ki, Rusiya Federasiyası Ali Məhkəmə instansiyası da bizim dəlillərə və narahatlığımıza anlayışla yanaşacaq.

Ölkənin ali siyasi rəhbərliyindən və şəxsən Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putindən məsələni diqqət mərkəzində saxlamasını xahiş edirəm.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, Azərbaycan MEA-nın akademiki F.S. Qurbanov”.

Tarix
2017.05.16 / 15:36
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla