Yuxarı

Rəsul Quliyev cavab verdi: "Borcları ödəsinlər"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənim Müsavat və AXC-yə olan ``borcum`` ətrafında söz söhbət yaranması və irəli sürülən iddialar gülüş doğurur".

Bunu ACP lideri Rəsul Quliyev, özünün Facebook səhifəsində yazıb.

"Adətən sonradan heç bir əhəmiyyəti olmayan hadisələri unutmağa çalışıram. Bu "borc" məsələsinin ortaya çıxması məni yenidən o keçmişdəki hadisələri xatırlamağa məcbur etdi. "Həmin dövrdə ilk dəfə peyklə TV yayımı təşkil edə bilmişdik. Mirzə Xəzər də hər gün orada veriliş aparırdı" - yazan ACP lideri qeyd edir ki, o vaxt seçkilərdə iştirak edən bütün müxalifət nümayəndələri həmin telekanal vasitəsi ilə müsahibələr verirdilər: "Və türk dostum təbliğat üçün maşın hazırlamaq, yəni güclü səs yayıcıları quraşdırmaq, maşının üzərinə şüarlar yazmaq və 1 ay Azərbaycanda seçkiqabağı işlətmək təşəbbüsü irəli sürdü. Bu iki layihənin məbləği dəqiq yadımda deyil, hər halda, 80 min dollardan aşağı deyildi. 45 min dollar TV, 35 min dollar da maşın üçün. Xərclər 3 yerə bölünməli idi. Yəni AXC, Müsavat, ADP - hər biri 26 min dollar pul ödəməli idilər".

R.Quliyevin sözlərinə görə, AXC və Müsavat heç nə ödəmədilər: "O məşhur 8 min dolları da kimə verdiklərini açıqlasalar, çox məmnun olardım. Çünki nə mənə, nə TV-ni yaradanlara, nə də maşın təşkil edənlərə onlar heç bir qəpik də verməyiblər. Həmin o maşın da Azərbaycana gəlib çıxmadı, hökumət Qazağa yaxın Gürcüstan ərazisində maşını yandırdı".

"Tam məsuliyyətlə, hər iki partiyanın o vaxtdan 52 min dollar borcları qaldıqlarını deyirəm. Bu borclarını xahiş edirəm, "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinə ödəsinlər və azad mətbuata yardım etsinlər" - deyə eks-spiker sonda vurğulayır.

Xatırladaq ki, bir müddət əvvəl Sərdar Cəlaloğlu Rəsul Quliyevin Müsavat və AXCP-yə 8 min borcunun olması barədə iddia ilə çıxış edib.

Tarix
2013.11.16 / 22:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla