Yuxarı

İrəvan OSA-ya görə belə edir, unudur ki... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər ermənilər bu cür adavam edərlərsə, başqa kompleksləri də vurulacaq.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq cəbhədə hökm sürən vəziyyətə real faktlar əsasından baxmağın tərəfdarı olduğunu bildirib:

“Real faktlar ona işarə edir ki, danışıqlar prosesinin nəticəsi yoxdur. Düzdür, hansısa görüşlər keçirilir, ancaq bir irəliləyiş nəzərə çarpmır. Görünür, erməni tərəfi danışıqları imitasiya etməklə qalmır, üstəlik, təmas xəttində təxibatları artırır. İrəvan öz siyasətində Azərbaycana qarşı daha aqressiv addımlar atmağa başalyıb. Əgər ermənilər bu cür davam edərlərsə, başqa kompleksləri də vurulacaq. Ermənilərin cəbhə xəttində fəallaşması bizim üçün heç bir əhəmiyyət daşımır. Əgər ermənilər hesab edirlərsə ki, bundan sonra da təxribatları bu şəkildə davam etdirə biləcəklər, yanılırlar. Düşmənin hazıkrı reaksiyası OSA zenit-raket kompleksinin vurulmasından irəli gəlir. Bunu dərk edən erməni tərəfi sadəcə olaraq cavab addımı kimi təxribatları seçib və dinc əhaliyə zərbələr endirir. İnanmıram ki, ermənilər bundan artıq nəyəsə qadir olsunlar. Çünki növbəti yanlış bir addım onların məhvinə səbəb olacaq”.

Qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

16 may axşam saatlarından başlayaraq isə gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

Tarix
2017.05.18 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla