Yuxarı

Erməni ordusuna növbəti raket zərbəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda ciddi təşviş var və keçmiş hərbçi Vova Vartanovun mətbuat konfransında dedikləri bunun nümunəsidir.

Axar.az xəbər verir ki, bu barədə İstiPress-ə Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

“Təbii ki, bu məsələdə OSA zenit raket kompleksinin (ZRK) vurulması əsas rol oynayıb. Həmçinin, Azərbaycan ermənilərə işləyən casus şəbəkəsini zərərsizləşdirib ki, bu da onların Azərbaycana qarşı diversiya imkanlarını aşağı salıb. Buna görə də çox narahatdırlar, itkilərini ictimaiyyətə izah edə bilmirlər. Baş verənləri nə qədər gizlətməyə çalışsalar da, Ermənistanda ciddi çaxnaşma yaradıb. Aprel döyüşlərindən sonra ermənilər ordunu gücləndirmələri, Azərbaycan ordusunun hər addımını nəzarətdə saxlamaları barədə çox basıb-bağlayırdılar. OSA ZRK-nın vurulması bu təbliğatın üzərinə su səpdi”, - deyə Üzeyir Cəfərov vurğulayıb.

Ermənistanda çaxnaşma o qədər böyük olub ki, ilk diversiya kəşfiyyat dəstəsinin komandiri Vova Vartanov xüsusi mətbuat konfransı keçirərək Azərbaycanı birdəfəlik məhv etməyə çağırıb. O, Azərbaycan ordusunun daha yaxşı təchiz olunduğunu da gizlətməyib:

“Biz həmişə onlardan pis silahlanmışıq. Onların neft dollarları hesabına disbalans davam edir. O həmişə olacaq, çünki türklər varlıdır. Mən, ümumiyyətlə bu dövləti məhv etməyə, parçalamağa çağırıram”, - deyə Vartanov Azərbaycan barədə xam xəyallarını açıqlayıb.

O hətta bunu necə etməyin “yollarını” da göstərib. Onun fikrincə, Ermənistan ordusu təlimləri Azərbaycana oxşar ərazilərdə aparmalıdır, Azərbaycandakı bütün dilləri öyrənməlidir və s. Erməni kəşfiyyatçı azərbaycanlıların döyüş qabiliyyətini də etiraf edib: “Türklər də yaxşı döyüşçülərdir. Amma bizim üstünlüyümüz motivasiyamızdadır. Biz qəhrəman olmağa məcburuq”, - deyərək erməniləri ruhlandırmağa, ölkədə yaranmış çaxnaşmanı yatırmağa çalışır.

Təbii ki, Vova Vartanov qeyri-rəsmi şəkildə Ermənistan Müdafiə Nazirliyinə dəstək verir. Nazirlik isə hadisə nəticəsində insan tələfatı olmadığını iddia edir. Lakin ermənilərin yalan danışdığına hətta Rusiya mətbuatı belə diqqət yetirib".

Üzeyir Cəfərov OSA zenit-raket kompleksinin yüksək dəqiqliklə məhv edən Azərbaycanın “Spayk” raketlərindən daha effektiv istifadəsinin vacibliyini vurğulayır:

“Azərbaycan bəzi erməni liderlərinə qarşı cinayət işi qaldırıb. Amma tutduqları vəzifə sayəsində onları həbs edə bilmir. Qarabağdakı işğal rejiminin rəhbəri Bako Saakyan, elə Serj Sərkisyan özü Xocalı soyqırımının əsas cinayətkarlarındandır. Bu cinayətkarları Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisində “Spayk” raketləri ilə vurmaq lazımdır. Azərbaycan Dağlıq Qarabağın hər qarışını nəzarətə götürməli və beynəlxalq birliyə göstərməlidir ki, bura öz ərazisidir”.

Tarix
2017.05.18 / 21:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla