Yuxarı

Belyayev: Bakı darmadağın etdi, İrəvan susdu... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış analitik Mixail Belyayev “Vestnik Kavkaza” nəşrində Dağlıq Qarabağ münaqişəsi haqda maraqlı məqalə qələmə alıb.

Axar.az Ermənistana məxsus OSA zenit-raket kompleksinin məhv edilməsini və ümumiyyətlə, son hadisələri də əhatələyən bu maraqlı analizi təqdim edir:

“Yayın gəlişi ərəfəsində Dağlıq Qarabağ münaqişəsi zonasından yeni həyəcanlı məlumatlar daxil olur. Bir neçə gün əvvəl Azərbaycan Silahlı Qüvvələri ermənilərin OSA zenit-raket sistemini və yük avtomobilini məhv etdi. Erməni tərəfi insan itkisi olmadığı, texnikanın qismən məhv edildiyi haqda qısa bəyanat yaydı.

Azərbaycan Müdafiə Nazirliyi dərhal zenit-raket kompleksinin məhv edilmə anının yer aldığı video görüntülər yaydı. Bu görüntülərə baxanda raketlərin hücumu zamanı pelenqatorun fırlandığı açıq görünür. Bu isə kompleks daxilndə ekipajın olduğunu istisna etmir.

Həmçinin video görüntüərdən məlum olur ki, söhbət heç də erməni tərəfinin iddia etdiyi kimi texnikanın qismən məhv olunmasından deyil, tamamilə darmadağın edilməsindən gedir. Ehtimal olunur ki, Azərbaycan tərəfi 2016-cı il aprel hadisələri zamanı öz effektivliyini nümayiş etdirən, İsrail istehsalı “Spayk” raketlərindən istifadə edib.

Qarabağ separatçılarının nümayəndəsi Babayan insidenti şərh edərkən, öz növbəsində, bildirib ki, “yanacaq daşıyan maşın qismən zədələnib”.

Yanacaq daşıyan maşında pelenqator nə gəzir? Azərbaycan tərəfi "Spayk" kimi bahalı raketi nəyə görə adi yanacaq daşıyan maşının məhv edilməsində istifadə edib? Bu haqda isə heç nə demədi.

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan videoaya isə Ermənistan tərəfi rəsmi səviyyədə şərh verməkdən boyun qaçırdı.

Mayın 16-sı axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin cavab atəşi ilə Ağdam istiqamətində Azərbaycan kəndlərinə intensiv olaraq hücuma keçdi. Nəticədə Təzəkənd kəndi elektrik enerjisiz qaldı.

Yəqin ki, bununla Ermənistan tərəfi əlindəki kozırla oynayır: Sərhəddə, erməni silahlı qüvvələrinin hücum edə biləcəyi ərazilərdə Azərbaycan tərəfdən yerli əhali yaşayır. Ermənistan tərəfində isə bu belə deyil.

Yeri gəlmişkən, bu taktika elə Ermənistan Silahlı Qüvvələrinin özü üçün də təhlükə yaradır. Xatırladaq ki, ötən ilin irimiqyaslı aprel hadisələrini meydana gətirən səbəblər arasında Azərbaycan tərəfinin verdiyi mülki əhali itkisi yer alırdı. Bu döyüş əməliyyatları Ermənistan üçün böyük itkilərə başa gəldi: bir neçə strateji hündürlük, texnika və canlı qüvvədə böyük itki, Müdafiə Nazirliyinin rəhbər heyətinin, o cümlədən, Seyran Ohanyanın istefası...

Bu baxımdan, Azərbaycan 2016-cı il aprel hadisələrindən sonra mülki əhaliyə olan təhlükələrin uzunmüddətli zərərsizləşdirilməsi sahəsində hərbi əməliyyatlar üçün əhəmiyyətli bir nümunə yaratdı.

Ekspertlərin fikrincə, aprel hadisələri 1994-cü ildən atəşkəs rejimində yaşayan Azərbaycan və Ermənistan arasında yaşanan birinci toqquşma oldu, amma sonuncu deyil.

Danışıqlarda tərəqqinin olmaması mərkəzi problem olaraq qalır. Bu, cəbhədə sakitliyə nail olunmasına və etimad mühitinin yaradılmasına maneçilik törədir. ATƏT-in Minsk Qrupu yorulmadan təkrar edir ki, sözügedən münaqişənin sülhdən başqa heç bir həlli yoxdur və aparılan irimiqyaslı hərbi əməliyyatlar dünya birliyinin narahatlığına səbəb olur.

Digər tərəfdən diplomatik danışıqlarla nəyəsə nail olmağın mümkünlüyü haqda danışmaq da olmur, çünki 23 ildə aparılan bu çoxsaylı danışıq və görüşlər, hələ də, bir nəticə verməyib.

Ermənistan tərəfi prezident və parlament seçkilərindən öncə Azərbaycan torpaqlarını işğal etdiyini dilə gətirməkdən boyun qaçırır, bundan sonra isə proses sıfırdan başlayır. Bu kimi "siçan-pişik" oyunlarını diplomatik danışıqlar adlandırmaq olmaz.

Nəticədə təkcə torpaqları işğal altında qalan Azərbaycan uduzmur, həm də heç nə əldə etməyə müvəffəq olmayan erməni tərəfi uduzur.

Hazırda Ermənistan Müdafiə Nazirliyi üç ildən çox hərbi xidmət göstərən hərbçilərə müqavilə bağlayarkən 10 min dollar müafat verməyi nəzərdə tutan layihə üzərində çalışır. Bu fakt Ermənistanda mövcud olan demoqrafik vəziyyətin necə pisləşdiyinin əyani sübutudur. Rəsmi statistikaya görə, təkcə 2017-ci ilin birinci rübündə 1190 nəfər Ermənistan vətəndaşlığından imtina etməsi barədə bəyanat yayıb.

Böyük və əhalisiz ərazini - Dağlıq Qarabağ ətrafı işğal altında saxlamaq nə dərəcədə səmərəlidir? Ölkəni təcrid və məhkum edərək boşaltmaq Ermənistanın orta və uzunmüddətli perspektivində ona nələr vəd edə bilər? Bu Ermənistanın milli maraqları baxımından, çox güman ki, ritorik məsələdir.

Prezident Serj Sərkisyan və onun komandasının qısamüddətli status-kvonun saxlanmasında olan marağı tamamilə aydındır: nə qədər ki, Dağlıq Qarabağ münaqişəsində heç nə dəyişmir, hakimiyyətin itirilməsi riski çox azdır. Bu isə dövlətin sükanı arxasında oturaraq kifayət qədər pul yığmaq və seçkiqabağı rüşvət almağa imkanı yaradır.

Axı 10 min dram (20 dollar) bir səs üçün elə də yüksək qiymət deyil. Bu cür şəraitdə Ermənistan tərəfi Qarabağ münaqişəsində heç bir kompromisə getməyi düşünmür. Çünki bu kimi hallar yalnız hakimiyyətin itirilməsi riski deməkdir.

Əgər Qarabağda vəziyyət yenidən “gərilsə”, ötən il olduğu kimi, onda cəmiyyət keçən ilki ssenariyə görə, hərbi əməliyyatların aparılması zamanı, hakimiyyət ətrafında birləşəcək və güclü millətçi trendlər vətəndaşların inamını təmin edəcək - hətta əgər əslində hər şey 2016-ci ildə olduğu kimi açıq-aşkar uğursuzluqla bitsə belə.

Bununla əlaqədar, Serj Sərkisyanın hökuməti Dağlıq Qarabağ məsələsində iki əsas məqsəd güdür:

1. Azərbaycana genişmiqyaslı hərbi əməliyyatlar başlatmasına yol verməmək. Çünki baş verə biləcək itki və əhəmiyyətli ərazilərin izahatını cəmiyyətə vermək olmayacaq. Belə ki, Ermənistan xalqı, hələ də Serj Sərkisyanı aprel döyüşlərində itirdiyi əraziləri “lazımsız” adlandırdığına görə bağışlaya bilmir.

2. Danışıqlarda irəliləyişə yol verməmək. Çünki bu, işğal olunan bəzi rayonların geri qaytarılması, o cümlədən, bilavasitə Serj Sərkisyanın istefası deməkdir. Erməni millətçilətinin itkilər zamanı “Ağdam ermənilərin vətəni deyil” şüarı ilə etiraz etmələrini xatırlamaq kifayətdir. Onlar Sərkisyana olduqca ciddi təzyiq göstərir.

Məhz bu iki məqsəd erməni hakimiyyətinin əldə saxlanmasını təmin edir. Ermənistanın müasir xarici siyasət strategiyasının özü də həll edilməyən münaqişə üzərində qurulub. Belə bir şəraitdə münaqişənin sülh yolu ilə həllinə nail olunması şansı, demək olar ki, sıfra bərabərdir. Bu isə proqnozlaşdırmağa əsas verir ki, yaxın gələcəkdə yenidən Dağlıq Qarabağda vəziyyət böyük partlayış həddinə çatacaq”.

Tarix
2017.05.19 / 08:45
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla