Yuxarı

Tramp Ərdoğanla Qarabağı niyə müzakirə etmədi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görünür, Rusiya Ermənistana hərtərəfli yardım etməkdə israrlıdır.

Bu sözləri Axar.az-a cəbhə bölgəsində gərginliyin artması ilə bağlı danışan politoloq Arzu Nağıyev deyib. Ekspert cəbhədə vəziyyətin son həddə çatmasını birbaşa Rusiya ilə bağlayıb:

“Rusiya Qarabağ cəbhəsində gərginliyi demək olar ki, artırmağa davam edir. Hesab edirəm ki, bu gün problemin başında duran əsas qüvvə elə Rusiyadır. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistana heç bir təzyiq etmir. Moskva bununla bir daha sübut edir ki, Ermənistan Rusiyanın vassalıdır və hətta bu istiqamətdə KTMT-də fəaliyyət göstərir”.

Politoloq bildirib ki, Azərbaycan böyük tədbirlərə ev sahib edən zaman Ermənistan daim cəbhədə gərginliyi artırır:

“Əsas məqsəd isə Rusiyanı razı salan Sərkisyanın hakimiyyətdə qalması və bunun müqabilində status-kvonun uzanmasıdır. SSRİ-nin varisi kimi Rusiya bu günə qədər heç bir əməli addım atmayıb. Necə ola bilər ki, Lavrov separatçı rejimin rəhbərləri ilə bir tədbirdə iştirak edir, sonra isə məsələnin sülh yolu ilə həlli istiqamətində guya hansısa addımların atılacağından danışırlar. Təbii ki, belə olan halda Moskvanın Bakı ilə hərtərəfli danışıqlara getmək təklifi səmimi görünə bilməz. İrəvan da məhz bundan fərəhlənərək bu gün öz əməllərindən əl çəkmir”.

A.Nağıyevin fikrincə, ermənilərin Azərbaycanın hava məkanına müdaxilə etməsinin arxasında böyük mətləblər durur:

“Ermənilərin sonuncu təxribatı nəinki cəbhədə və təmas xəttində Azərbaycanın uçan aparatlarını məhv etməyə hesablanmışdı, bu hətta terror aktına qədər gedib çıxa bilər. Ermənistan bu addımları Rusiyaya arxalanaraq atır. Məlum məsələdir ki, İranda, digər dövlətlərdə seçkiqabağı məsələlər həll olunur. Ancaq çox təəssüf ki, ABŞ və Fransa da öz mövqeyini bildirmir. Hətta ABŞ ATƏT Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, Tramp Ərdoğanla görüşündə bu məsələyə toxunulmadı. Bütün bunlar da ermənilərin xeyrinədir. Əgər böyük dövlətlər doğurdan da lokal müharibələrin başlanmasını, genişmiqysalı hərbi əməliyyatların aparılmasını istəmirlərsə, təcili Ermənistanla bağlı hərtərəfli təlimat aparılmalı, dərhal İrəvana qarşı təzyiq mexanizmləri işləri salınmalıdır”.

Tarix
2017.05.19 / 09:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla