Yuxarı

Bu, Rusiyanın dağılmasının əsasını qoya bilər – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, narahatedici bir faktdır ki, Rusiya təqribən tərkibində 2 milyona yaxın azərbaycanlını birləşdirən Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı məsələ qaldırdı və Ali Məhkəmə qurumun qeydiyyatının ləğvi qərarını verdi. Bu məsələ 4 ay idi müzakirədəydi və biz bir dəfə məsələni parlamentdə müzakirə etmişdik. ÜAK-a müəyyən iradlar tutulurdu. Onlardan biri bu idi ki, ÜAK-ın adı öz fəaliyyəti ilə uyğun gəlmir.

Axar.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Musavat.com-a verdiyi geniş müsahibəsində deyib. Millət vəkili bildirib ki, ÜAK sədri Fazil Qurbanovun çıxışı ilə tanışdır:

“Fazil Qurbanov bildirib ki, irad kimi göstərilənlər texniki məsələlərlə bağlıdır. Məsələn, iclasların vaxtında keçirilməməsi. Hətta o, bir fakt göstərib ki, iclas noyabrın 25-də keçirilməlidir, noyabrın 26-da keçirilib. ÜAK-ın regionlardakı şöbələrində hesabatlar vaxtında verilməyib. Bax bu cür məsələləri irad tutub Ədliyyə Nazirliyi.

Hər bir təşkilatı bağlamaq üçün onun fəaliyyətini, texniki məsələlərini araşdırıb səhv tapmaq mümkündür. O cümlədən Azərbaycandakı rus icmalarının da sənədlərində və fəaliyyətində araşdırma aparıb səhvlər tapmaq olar. Ədliyyə Nazirliyi ilk növbədə səhvlərin düzəldilməsinə çalışmalıdır, təşkilatı bağlamağa yox”.

Ə.Amaşov vurğulayıb ki, ÜAK-la bağlı məsələni həddən artıq şişirtməyə də ehtiyac yoxdur:

“Özümüz üçün analiz etməliyik ki, nəyə görə belə oldu, nəyə görə Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 yaşı tamam olanda Rusiya prezidenti təbrik məktubu göndərir, Xarici İşlər naziri Lavrov, prezidentin mətbuat katibi Peskov yubiley tədbirində iştirak edir, lakin azərbaycanlıların yaratdığı böyük bir təşkilatın qeydiyyatını ləğv edirlər? Son zamanlar xristian dünyasında millətçi qüvvələr aktivləşib. Avropadakı prosesləri bilirsiniz.

Məncə, bu prosesin gedişatı kimi Rusiyada da millətçi qüvvələr başqa xalqlara, əsasən də müsəlmanlara qarşı bu sayaq addımlar ata bilərlər. Rusiya monoetnik ölkə deyil, federativ ölkədir, Rusiyada çoxsaylı millətlər yaşayır ki, onlardan biri azərbaycanlılardır. Hələ bu vaxta qədər Rusiyada heç bir xalqın diaspor təşkilatı bağlanmamışdı. İlk dəfədir azərbaycanlıların təşkilatı bağlanır. Bu əsas verir insan şübhələnsin ki, sabah da başqa xalqların təşkilatına qarşı belə addımlar atıla bilər. Bu məsələdə Rusiyaya diqqətli olmağı tövsiyə edərdim. SSRİ dağıldı və burada müəyyən səbəblər var idi. O səbəblərdən biri də SSRİ-nin daxilindəki başqa respublikalara, xalqlara ayrı-seçkilik münasibətlərinin baş qaldırması idi. Məncə, indi Rusiya bu faktdan ağıllı nəticə çıxaracaq. Çünki belə məsələlər Rusiya kimi federativ ölkənin nə zamansa dağılmasının əsasını qoya bilər. Bir faktı da unutmaq olmaz ki, Rusiyada 40 milyon müsəlman yaşayır. Rusiyada yaşayan müsəlmanlar ÜAK-a qarşı atılan addımdan əndişələnə bilərlər. Rusiyada yaşayan 2 milyondan artıq azərbaycanlı bu ölkənin iqtisadiyyatında, elmi potensialının artmasında, mədəniyyətinin inkişafında böyük faydalar verir. ÜAK-ın qeydiyyatının ləğvi bu azərbaycanlıların hüquqlarının pozulması kimi başa düşülür. Həmin azərbaycanlılar da bundan əndişələnə bilərlər. Rusiya öz daxilində yaşayan bütün azsaylı xalqların hüquqlarının təmin olunması üçün beynəlxalq öhdəliklər götürüb. ÜAK-ın bağlanması Rusiyada insanların toplaşmaq, fikir azadlığının pozulması kimi də görünür. Bu da Rusiyanın götürdüyü öhdəliklərə xələl gətirir”.

Millət vəkili qeyd edib ki, ÜAK-la bağlı baş verən hadisə Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri Qarabağ probleminin həllində bitərəf olmadığını təsdiqləyir.

“Bax bu nüanslar diqqəti daha çox cəlb etməlidir. Rusiya Ali Məhkəməsinin məlum qərarı Rusiya-Azərbaycan münasibətlərinə təsir edə bilər. Azərbaycan xalqı 200 ildir Rusiya ilə birgə həyat tərzi keçirir. Ancaq bir dəfə olsun Rusiya dövlətçiliyinin kürəyinə xəncər vurmayıb. Bu yaddan çıxmamalıdır.

Rusiyada Azərbaycanı sevməyən qüvvələr var. Baxanda ilk müstəvidə Rusiya-Azərbaycan münasibətləri yetərincə yüksəkdir, strateji tərəfdaşlıq səviyyəsinə qalxmış münasibətlərdir. Ancaq münasibətlərin alt qatında, ayrı-ayrı qurumlarda olan Azərbaycanı sevməyən qüvvələr var. Onlar Azərbaycanı ona görə sevmirlər ki, Azərbaycan müstəqil siyasət yeridir, Dağlıq Qarabağ məsələsində Azərbaycan israrlıdır. Həmin qüvvələr Azərbaycanı Rusiyanın lider olduğu qurumlara sürükləmək üçün bu cür addımlar atırlar. Yəqin ki, müəyyən gözləntilər var idi ki, Azərbaycan həmin qurumlarla bağlı addımlar atacaq, Azərbaycan isə Dağlıq Qarabağ məsələsinin həllində Rusiyadan real hərəkət gözləsə də bunu görmədi”.

Ə.Amaşov prosesin hələ bitmədiyini, Konstitusiya Məhkəməsinə, Avropa Məhkəməsinə müraciət imkanlarının qaldığını da bildirib:

“Avropa Məhkəməsi böyük ehtimalla ÜAK-ın xeyrinə qərar çıxarar. Əvvəla, ona görə ki, adətən Avropa Məhkəməsi QHT-lərin istəyini daha çox reallaşdırmağa çalışır, ikincisi, Avropanın Rusiya ilə münasibətlərinin yaxşı olmaması da qərara təsir göstərər. Bu məsələnin Rusiyaya daha bir siyasi təsir vasitəsi ola biləcəyini düşünüb qərar verilə bilər. Bütün hallarda ÜAK-ın qeydiyyatının ləğvi bizi ruhdan salmamalıdır. Biz çalışmalıyıq ki, ÜAK bərpa olunsun və fəaliyyətində hansısa neqativ hallar varsa, onları düzəldək. Bu hadisə azərbaycanlılarda ruh düşkünlüyü yaratmamalı, onları aktivləşdirməlidir. Bir neçə təşkilatlarda birləşmə, təşkilatlanmanı böyütmək lazımdır”.

Mən cavab tədbiri kimi, Azərbaycandakı rus icmalarının bağlanması, rus dilinin məhdudlaşdırılması, Rusiyadan silah alınmaması kimi təklifləri dəstəkləmirəm. Bu gün Azərbaycanda 600-ə yaxın rus firması işləyir, onların Azərbaycana qoyduqları sərmayə 1 milyard yarıma qədərdir. Onlara, rus icmalarına həmişəki kimi şərait yaratmaqda davam edilməlidir. Biz öz mövqeyimizi, istəyimizi Rusiya tərəfə israrla vurğulamalıyıq. Bəlkə ÜAK-dan bir müddət əvvəl ayrılmış "Milyarderlər ittifaqı"nın nümayəndələri faktoru da bu məsələlərdə hansısa rol oynayırlar. 2013-cü il prezident seçkiləri ərəfəsində də bilirsiniz ki, müəyyən proseslər getmişdi. Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində müəyyən təzyiqlərlə nələrəsə nail olmaq istəyinin olması haqqında da fikir söyləmək olar. Ermənilər narahatdır ki, Azərbaycan Rusiyadan müasir silahlar alır. Ermənilər buna qarşıdırlar. Bizim indi müasir və nisbətən ucuz Rusiya silahını almaqdan imtina etməyimizdən ermənilər sevinər. Odur ki, biz bütün davranışlarımızı yüz ölçüb bir biçməklə etməliyik.

Tarix
2017.05.19 / 09:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla