Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Azərbaycanın verdiyi itkilər dəqiqləşdiriləcək - Soyqırım

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda keçirilən elmi şuranın iclasında bu elmi müəssisənin direktoru, akademik Yaqub Mahmudov tarixçi alimlərə Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamından irəli gələn vəzifələr barədə ətraflı məlumat verib.

Tarix İnstitutundan Axar.az-a bildiriblər ki, Y.Mahmudov sənədin Azərbaycan tarix elmində yeni araşdırmalara yol açacağını vurğulayıb. O deyib: “Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi ilə bağlı yeni elmi araşdırmalar aparılacaq. Rayonlarımızda cümhuriyyətin tarixi ilə bağlı institutun elmi şurasının xüsusi iclasları təşkil ediləcək”.

İclasda AXC-nin Sovet Rusiyası, Osmanlı Türkiyəsi ilə münasibətlərinin tarixinin daha dərindən araşdırılması və cümhuriyyətin tarixi ilə bağlı yeni tədqiqat işlərinin – namizədlik və doktorluq dissertasiyalarının yazılması məsələləri müzakirə edilib. Diqqətə çatdırılıb ki, AXC-nin tarixi ilə bağlı Türkiyə, Ukrayna və Polşadakı sənədlərin araşdırılması və nəşri vacibdir.

Elmi şuranın qərarına əsasən, 1918-1920-ci illər soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatlar dəqiqləşdiriləcək.

Y.Mahmudov bildirib ki, 2018-ci ildə rəhbərlik etdiyi elmi müəssisə tərəfindən AXC-nin 100 illik yubileyi ilə bağlı “Elmi əsərlər”inin xüsusi buraxılışı çap olunacaq. “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Azərbaycanın orta məktəblərində keçirilmiş konfransları xatırladan akademik məktəblərlə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O deyib: “Antiazərbaycan nəşrlərində və informasiya məkanında ölkəmizin əleyhinə sistemli iş gedir”.

İclasda, həmçinin internet resurslarında, o cümlədən Vikipediyada Azərbaycan tarixi, tarixi şəxsiyyətləri barədə məqalələrin sayının çoxaldılması və keyfiyyətinin artırılması istiqamətində müzakirələr aparılıb.

Tarix
2017.05.19 / 21:27
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bu ərazilər Ermənistandan alındı - İrəvan şokda

Qarabağ təkcə Azərbaycanın deyil... - Gürcü alim

Putin Tehranda Əliyevdən nə xahiş edib - Sensasion iddia

Növbəti ildə hansı nazirliklər birləşdiriləcək?

Türkiyə ABŞ əleyhinə bu addıma imkan vermədi - Qüds Zirvəsi

Putinin Türkiyədə bu sazişi imzalamamasının - Səbəbi

İrəvan Türkiyə ilə imzalanan protokollardan niyə çıxdı?

Ermənipərəst qüvvələrin növbəti məğlubiyyəti...

Çıroqov və Sərkisyan işi: hər iki iş uddusa, niyə qalib sayılırıq?

Məşhur astroloqdan 2018-ci il üçün dəhşətli proqnozlar

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla