Yuxarı

Ölkəmizin ilk baş diplomatı ilə görüş – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Səfir saatı” klubunun üzvləri ilə müstəqil Azərbaycanın ilk xarici işlər naziri Hüseynağa Sadıqovun görüşü keçirilib.

Axar.az xəbər verir ki, görüşdə Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət İqtisad, Bakı Slavyan, Azərbaycan Turizm və Menecment universitetlərinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alan tələbəlri və Bilik Fondunun əməkdaşları iştirak ediblər.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev “Səfir saatı” klubunun fəaliyyəti barədə məlumat verdikdən sonra klubun növbəti qonağını görüş iştirakçılarına təqdim edib.

İ.Vəliyev bilidrib ki, H.Sadıqov 1974-cü ildən diplomatik xidmətə başlayıb. SSRİ-nin Almaniya Demokratik Respublikasındakı Baş Konsulluğunda və Berlindəki səfirliyində diplomatik vəzifələrdə, 1988-1991-ci illərdə Azərbaycan SSR-nin xarici işlər naziri vəzifəsində çalışıb.

1991-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsinə təsdiq edilən H.Sadıqova 1989-cu ildə SSRİ-nin I dərəcəli fövqəladə və səlahiyyətli elçi-müşaviri, 1992-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik dərəcələri verilib.

H.Sadıqov 1992-ci ildə Azərbaycan Respublikasının Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Mötəbər qonağı Bilik Fondunda görməkdən məmnun olduğunu deyən aparat rəhbəri gəncləri məşhur diplomatın təcrübəsindən öyrənməyə çağırıb, bu təcrübənin mənimsənilərək cəmiyyətin inkişaf modelinə tətbiq edilməsinin vacib olduğunu vurğulayıb.

Müstəqil Azərbaycanın ilk xarici işlər naziri H.Sadıqov dəvətə görə Bilik Fondu rəhbərliyinə, onunla görüşmək istədiklərinə görə "Səfir saatı" klubunun üzvlərinə təşəkkürünü bildirib.

Qonaq görüş iştirakçılarına həyat və fəaliyyəti barədə ətraflı məlumat verərərək, qeyd edib ki, gənclər Vətən, dövlət, xalq sevgisi ilə hədəfə doğru ardıcıl, yorulmadan və sistemli şəkildə biliklər almaqla irəliləsə¬-lər, bütün uğurlara çatarlar.

Diplomat gənclərlə ünsiyyətdə olmağa maraq göstərdiyini dilə gətirərək, yeni nəslin nüməyəndələrinin maariflənmək arzusi ilə ona ünvanladıqları müraciətlərə böyük ruh yüksəkliyi ilə cavab verdiyini deyib.

Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışan diplomat Azərbaycanın Ümummili liderinin sovet məkanında böyük nüfuza malik olduğunu, SSRİ-nin rəhbərliyindəki təmsilçiliyi zamanı ölkəmizin siyasi, ictimai, mədəni, sosial sferadakı inkişafında müstəsna xidmətlər göstərdiyini faktlarla diqqətə çatdırıb.

Görüşdə Klub üzvlərinin suallarını cavablandıran H.Sadıqov müasir gəncliyin elmə, biliyə həvəs göstərmələrini təqdirəlayiq hal kimi qeyd edib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov görüşün maraqlı alınmasına görə qonağa minnətdarlığını bildirərək, H.Sadıqovu Fondun lektorlar qrupunun üzvlüyünə dəvət edib. İcraçı direktor bildirib ki, diplomat mühazirələr vasitəsilə biliklərini ictimaiyyətə çatdıracaq və nəticədə maariflənmə işinə töhvə vermiş olacaq. H.Sadıqov təklifi məmnuniyyətlə qəbul edib.

Sonda H.Sadıqov Bilik Fondunun "Xatirə kitabı"na ürək sözlərini yazıb, ona Fondun hədiyyələri təqdim olunub.

Bilik Fondunun “Səfir saatı” klubunun əsas məqsədi Bakıdakı diplomatik nümayəndələrin vasitəçiliyi ilə Azərbaycan və xarici ölkələrin müvafiq qurumları arasında elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın qurulması, ölkəmizi təmsil edən peşəkar diplomatların təcrübələrinin gənclərə aşılanmasıdır.

Tarix
2017.05.20 / 01:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla