Yuxarı

Bakının “yumşaq güc” siyasəti: Ermənilərin əndişəsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə Azərbaycan ən mötəbər beynəlxalq yarışları keçirməyə qadir olduğunu bir daha nümayiş etdirdi.

“IV İslam Həmrəyliyi Oyunları həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Eyni zamanda, biz bunu islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk” söyləyən Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ancaq güclü dövlətlər möhtəşəm idman yarışlarına ev sahibliyi edə bilər.

Azərbaycan Respublikasında idman potensialının gücləndirilməsınə keçən əsrin 90-cı illərinin ortalarından etibarən xüsusi diqqət yetirilir. 1997-ci ildə İlham Əliyev Azərbaycan MOK-un prezidenti seçildikdən sonra ölkədə olimpiya hərəkatının və idmanın sürətli inkişafı reallığa çevrildi.

Müstəqil ölkə kimi Atlanta Olimpiadasında (1996) qazandığı 1 gümüş medalı Sidney (2000) yarışlarında 2 qızıl, 1 bürünc medala çatdıran, Afinadan (2004) 5 medalla qayıdan idmançılarımız Pekin (2008) yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər. Azərbaycana uğur gətirməklə idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha da uğurlu oldu. İdmançılarımız ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş Yay Olimpiya Oyunlarında yeniyetmələrimiz komanda hesabında 10-cu yerə layiq görüldülər. Rio-de-Janeyroda idmanın 17 növü üzrə 56 iştirakçı ilə təmsil olunan gənclərimiz Azərbaycana 1 qızıl olmaqla 18 medal qazandırdılar. Medal sayına görə Olimpiadada iştirak edən 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri qazanan idmançılarımız daha bir idman bayramını uğurla başa vurdular. Bu nəticəyə görə respublikamız islam, türk və Cənubi Qafqaz ölkələri arasında liderlik əldə etdi. İdmançı sayının qazanılan medallara nisbətinə görə isə MDB ölkələri arasında ikinci, Avropanın qitə dövlətlərinin sırasında yeddinci oldu.

Bu gün idman beynəlxalq münasibətlərin ayrılmaz tərkib hissəsi kimi beynəlxalq əməkdaşlığın fəallaşdırılması vasitəsi, münaqişələrin qarşısının alınması və mədəniyyətlərarası dialoqun qurulması aləti olaraq çıxış edir. Müasir dünyada daxili və xarici siyasət sahəsində dövlətlərin strateji vəzifələrini həll etməyə qadir olan humanitar texnologiya və vətəndaş cəmiyyəti institutu kimi idman diplomatiyasının fəal şəkildə formalaşması prosesi cərəyan etməkdədir. Məhz özünün sülhyaradıcı potensialı səbəbindən idman BMT-nin fəaliyyətində inkişafın və sülhün təmin edilməsi aləti olaraq nəzərdən keçirilir, tolerantlıq, qarşılıqlı hörmət və zorakılıqdan imtina nümunəsi sayılır.

Sülh və inkişaf alətlərindən biri olan idman yerli, milli və beynəlxalq səviyyələrdə həmrəyliyin, dözümlülüyün və sosial inteqrasiyanın möhkəmləndirilməsinə təkan verir. Müasir idman diplomatiyası dövlətlərin vətəndaş cəmiyyəti institutları səviyyəsində məlumat və ideyalar mübadiləsi vasitəsilə bir-birinin ictimai rəyinə qarşılıqlı təsirini nəzərdə tutur.

Son illərdə dünya siyasətində beynəlxalq idman təşkilatlarının rolu genişlənir, bu və ya digər dövlətin dünya siyasətinə “yumşaq güc” mövqeyindən təsirinin güclənməsi mexanizmləri daha fəal surətdə müzakirə olunur. Böyük idman yarışlarının təşkilatçısı olan ölkələrin nüfuzunun artması və xarici siyasi təsirin komponenti kimi “yumşaq güc” amilinin nəzəri təhlili zərurəti nəzərə alınmaqla, idman diplomatiyasına marağın daha da güclənəcəyini proqnozlaşdırmaq mümkündür.

Hazırda Azərbaycan Respublikasında cəmiyyətin müasir siyasi mədəniyyətinin mühüm tərkib hissəsi kimi idman diplomatiyasının inkişaf etdirilməsinə, idmanın xarici siyasət fəaliyyətinə cəlb edilməsinə böyük önəm verilir.

İdman diplomatiyasının fəal tətbiqində məqsəd ölkənin müsbət imicinin formalaşdırılması, onun beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, “yumşaq güc”ün tətbiqi sisteminin inkişaf etdirilməsi, bu istiqamətdə həm beynəlxalq təcrübəni, həm də milli özünəməxsusluğu nəzərə alan optimal fəaliyyət formalarının axtarılıb tapılması, müvafiq normativ bazanın daha da təkmilləşdirilməsidir.

Azərbaycanın qloballaşan dünyamız üçün bir-birindən maraqlı və əhəmiyyətli beynəlxalq yarışlara, xüsusilə I Avropa Oyunlarına və IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi kimi yüksək etimada layiq görülməsi təsdiqlədi ki, geosiyasi cəhətdən əlverişli məkanda yerləşən, tarixi, iqtisadi tərəqqisi ilə diqqəti cəlb edən ölkəmiz beynəlxalq siyasətdəki rolu, mədəniyyətinin zənginliyi, demokratiyanın inkişafına görə də aparıcı mövqeyə malikdir.

2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması, 2018-ci ildə bu missiya üçün Azərbaycanın ayrılmaz və qədim tarixə malik Naxçıvan şəhərinin seçilməsi bütün dövrlərdə Qərb dünyasına bağlı olan ölkəmizin tarixi, mədəni inkişafının göstəricisidir. I Avropa Oyunlarında və IV İslam Həmrəylik Oyunlarında iştirak edən dövlətlərin bayraqlarını bir araya gətirən Azərbaycanda Dünya Şahmat Olimpiadası, Formula-1 yarışları da uğurla təşkil olunur. Belə təməl əsasında idman ölkəsi olduğunu təsdiqləyən, futbol üzrə Avro-2020-nin final mərhələsinin 4 matçına ev sahibliyi edəcək ölkəmiz möhtəşəm yarışlarda qazandığı qələbələrlə nüfuzlu mükafatların sayını artırır.

Nəticədə idman diplomatiyası Azərbaycan Respublikasının xarici siyasətində mühüm təsir alətlərindən birinə çevrilmişdir. Bu gün Bakı şəhəri artıq bütün dünya miqyasında idman təyinatlı mötəbər tədbirlərin keçirildiyi məkan kimi tanınır. Bir tərəfdən ölkəmizin və Bakı şəhərinin infrastrukturu, digər tərəfdən isə dövlətimizin xoşməramlı siyasəti bu kimi tədbirlərin keçirilməsi üçün mühüm zəmin yaradır.

Birinci Avropa Oyunlarının ardınca Bakıda Formula-1 Avropa Qran-prisinin və IV İslam Həmrəyliyi Oyunlarının təşkili Azərbaycan Respublikasının idman diplomatiyasının həyata keçirilməsi istiqamətində atılmış tarixi addımlar kimi dövlətimizin xarici siyasət vəzifələrinin tətbiqi baxımından müsbət nəticələr verməkdədir.

2014-cü ildə I Avropa Oyunlarını dostluq, həmrəylik və birlik bayramı kimi təşkil edən, Avropa və Şərq dəyərlərini birləşdirərək bəşəri əhəmiyyəti ilə dünya sivilizasiyasına layiqli töhfə verən Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını da eyni mütəşəkkilliklə keçirməyə nail oldu. Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın idman diplomatiyasının əsl təntənəsi oldu.

“İki il ərzində həm Avropa, həm İslam Oyunlarının keçirilməsi nadir bir göstəricidir, bunun analoqu yoxdur, bəlkə də heç vaxt olmayacaq” söyləyən Prezident İlham Əliyev vurğulamışdır ki, bu inkişaf ermənipərəst dairələrin xoşuna gəlməsə belə, Azərbaycan tutduğu yolu davam etdirməkdə israrlıdır. Azərbaycanın dünyada tanıdılması baxımından xüsusi əhəmiyyəti olan belə yarışlarda iştirak edən idmançılar, Bakıya gələn qonaqlar gördülər ki, müstəqillik dövründə hansı uğurlara nail olunub. Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır. Təbii ki, bu uğurlarda Azərbaycanın I Vitse-prezidenti, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük xidmətləri olmuşdur.

IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı idmanın 24 növü üzrə keçirilən yarışlarda mübarizə aparmışdır. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil etmişdir. Oyunları 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçı izləmişdir. Oyunların yekununda cəmi 162, o cümlədən 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanan Azərbaycan bütün iştirakçıları qabaqlayaraq komanda hesabında birinci yeri tutmuşdur.

IV İslam Həmrəyliyi Oyunları, ilk növbədə, islam dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinə xidmət etdi. Dünyaya sübut olundu ki, islam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Müsəlman dövlətlərinin idmançıları arasında bu yarışın keçirilməsi islam dininin sülhsevərliyini nümayiş etdirdi. Yaxın və Orta Şərqdə vəziyyətin normallaşması, sabitliyin, sülhün yaranması, əməkdaşlığın bərpası və inkişafı ilk növbədə bölgə dövlətlərindən asılıdır. IV İslam Həmrəyliyi Oyunları islam dövlətlərinin, müsəlman ölkələrinin ictimaiyyətinin yaxınlaşmasına güclü təkan verdi. Bu da son nəticədə dünyada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Bakıda belə mötəbər beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycan Respublikasının idman diplomatiyasının reallaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir, çünki bu hadisə ölkənin “yumşaq güc”ünün səviyyəsinin, onun imicinin və nüfuzunun yüksəldilməsinə böyük təkan verir.

Prezident İlham Əliyev göstərmişdir: “Qısa müddət ərzində Avropa və İslam Həmrəyliyi Oyunlarının bir-birini əvəzləməsi rəmzi məna daşıyır və Azərbaycanın sivilizasiyaların, dinlərin dialoq məkanına, iqtisadi və mədəni körpüyə çevrildiyini göstərir. Biz bu nadir mövqeyimizi dünyada sülhün, multikulturalizmin, dözümlülüyün bərqərar olması naminə istifadə edirik”.

Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, islamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayıb, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günlərinə çevrilmişdir.

Tarix
2017.05.24 / 09:54
Müəllif
Əlimusa İbrahimov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla