Yuxarı

Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan "Avroviziya-2012" Beynəlxalq Mahnı Müsabiqəsini uğurla həyata keçirdikdən sonra, dünyada ölkəmizə maraq artıb. Belə ki, ard-arda bir sıra irimiqyaslı yarışların təşkili Azərbaycana tapşırılıb.

Bunlardan, əsasən, "Bakı-2015" I Avropa Oyunları, “42-ci Ümumdünya Şahmat Olimpiadası”, “Formula-1” və iki gün öncə başa çatan IV İslam Həmrəyliyi Oyunlarını sadalamaq olar.

Bəs bundan sonra, daha doğrusu, 2020 -ci ilədək Azərbaycan, daha hansı oyunlara ev sahibliyi edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-a həmin yarışların siyahısını təqdim edib.

S.Məmmədova bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi keçiriləcək:

“Bununla yanaşı, bu ilin təqvimində “Formula-1” üzrə Azərbaycan Qran-prisi də var.

2017-ci ildə son olaraq, Azərbaycan 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi edəcək. Konfrans 7-10 avqust tarixində Qəbələdə baş tutacaq.

2020 -ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 matçını qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü Azərbaycan təşkil edəcək”.
S.Məmmədova əlavə edib ki, hazırda 2018 və 2019-cu illərdə böyük miqyasda yarışların keçirilməsinə dair hesabat yoxdur.

Tarix
2017.05.24 / 22:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla