Yuxarı

Nazir açıqladı: 700 min xərcləndi, 5,6 milyon qazanc oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumən festivalın keçirilməsinə cəmi 700 min manat xərclənib. Ümumi büdcə 1 milyon manatı keçməyib. Büdcəyə isə 5,6 milyon manat vəsait daxil olub”.

APA məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının nəticələrinə həsr olunan tədbirdə deyib. Nazir bildirib ki, bu, kifayət qədər müsbət nəticədir:

“Festivalın keçirilməsi ilk növbədə iqtisadi amillərlə bağlıdır. Festivalın keçirilməsi haqqında qısa müddətdə qərar verildi və hazırlıq işlərinə başlanıldı. Müvafiq dövlət orqanlarının səylərinin nəticəsində bu festival yüksək səviyyədə baş tutdu.

Biz ehtimal edirik ki, bu ilin axırına qədər bütün festivalların keçirilməsi nəticəsində büdcəyə 40-50 milyon vəsaitin daxil olmasına nail olunacaq. Festivaldan 98 faiz iştirakçı məmnun qalıb. Festival beynəlxalq və yerli medianın geniş müzakirə mövzusuna çevrildi. Eyni zamanda sosial şəbəkələrdə böyük marağın şahidi olduq”.

Nazir əlavə edib ki, növbəti festival üçün bu gündən etibarən hazırlıqlara başlanacaq.

Qeyd edək ki, Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyon 167 min 892 manat olub.

Tarix
2017.05.25 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla