Yuxarı

Şuşadan “kukuruznik”lər uçur – Aeroport təxribatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 gündür həm Ermənistan, həm də Azərbaycan mətbuatında ermənilərin Şuşada aeroport açmasıyla bağlı informasiyalar yayılır. Məlumatlarda bildirilir ki, "Yell Extreme Park" layihəsi Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə turist uçuşlarına başlayıb. İddia olunur ki, ilk uçuşlar keçən həftədən Xankəndi və Şuşa arasında təşkil edilib. 20-25 dəqiqə çəkən uçuşlar üçün şirkətin 35 min dram, yəni 72,4 dollar tələb etdiyi vurğulanır.

Ermənistan tərəfinin Şuşada aeroport açması və uçuşlar təşkil etməsi Azərbaycanda ciddi etirazla qarşılanıb.

Məsələni Bakipost.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, orada hansısa aeroportun açılmasından söhbət belə gedə bilməz. Ehtiyatda olan zabit hesab edir ki, fotolarda nümayiş olunan ikiyerlik təyyarələr adi asfalt yoldan da havaya qalxa bilir:

"Şuşada olan insanlar bilirlər ki, orada aeroport açmağa yer yoxdur. İkincisi də ki, nümayiş etdirdikləri həmin 2 yerlik təyyarəfason qurğu adi asfalt yoldan da qalxa bilir. Bizdə Milli Aviasiya Akademiyasının kursantları bu tip təyyarələrdə məşq keçirlər. Uçuşlar həyata keçirib təcrübə yığırlar. O təyyarə də balaca məsafələrdə uçmaq üçündür. Yəni Şuşadan kənara çıxa bilməz. Çünki çıxacağı təqdirdə Azərbaycan Hərbi hava Qüvvələri onu radarlar vasitəsilə tutacaqlar. Bir erməni deyir ki, biz turist səyahətləri təşkil etmişik, onları 70 dollar civarında Xocalıdan Şuşaya, Şuşadan Xocalıya aparacağıq. Bunlar hamısı boş reklamdır. Erməni tərəfi özünü reklam eləməyə açlışır”.

Ü.Cəfərov qeyd edib ki, erməni təyyarələri müəyyən hündürlüyə qalxmağa cəhd etsələr, Azərbaycan Hərbi Hava Qüvvələri onları məhv edəcək: "Aeroport bilirsinizmi nə deməkdir? Aeroportun bütün avadanlıqları, ora təyyarələrin qəbulu, yola salınması, tamam başqa şeydir, adicə "kukuruznik” deyilən sahələri dərmanlamaq üçün istifadə olunan balaca təkmotorlu təyyarələrin uçuşunu təşkil etmək isə ayrı. Bunu ancaq ermənilər özləri daxildə, balaca bir məsafə uçun istifadə edə bilərlər. Əgər istifadə edirlərsə də, bunun Azərbaycan üçün heç bir narahatlığı yoxdur. Sözsüz ki, əgər onlar müəyyən məsafələrə qalxsalar, Azərbaycan Hərbi Hava Qüvvələri onları məhv edəcək”.

Tarix
2017.05.25 / 13:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla