Yuxarı

İlham Əliyev Marqvelaşvilini təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Giorgi Marqvelaşvilini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu xoş ənənələrə sadiq qalan xalqlarımızın iradəsindən qaynaqlanır. İnanıram ki, strateji tərəfdaş olan ölkələrimizin birgə reallaşdırdığı irimiqyaslı layihələr, daim genişlənən əməkdaşlığımız bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına, xalqlarımızın rifahına xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Tarix
2017.05.25 / 18:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla